Əsas Səhifə > Siyasət, Manşet > FƏRHAD ƏLİYEVİN QARDAŞI HƏBSDƏ SAXLANILA BİLƏR

FƏRHAD ƏLİYEVİN QARDAŞI HƏBSDƏ SAXLANILA BİLƏR


11-10-2013, 13:54
FƏRHAD ƏLİYEVİN QARDAŞI HƏBSDƏ SAXLANILA BİLƏR
QOHUMLARI ƏLİYEV QARDAŞLARININ AZADLIĞINA TƏDARÜK GÖRÜRLƏR

DİA.AZ: - Məlum olduğu kimi, Qurban Bayramı ilə əlaqədar növbəti əfv sərəncamının imzalanması gözlənilir. Və bu sərəncamla tanınmış məhbusların əksəriyyətinin azadlığa buraxılacağı haqda da informasiyalar yayılıb. Və bildirilir ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyev də əfv fərmanı ilə azadlığa buraxıla bilər.

Bununla bağlı DİA.AZ-a maraqlı bir məlumat daxil olub. Keçmiş nazirin yaxınlarından birinin verdiyi xəbərə görə, artıq qohumları Fərhad və Rafiq Əliyev qardaşlarının azadlığa buraxılacağına inandıqlarından, onların qarşılanmasına tədarük görürlər:

«Hətta onlar üçün qurbanlar da kəsiləcək. Necə də olmasın, 8 ildir ki, həbsxanadadırlar».

Mənbə iddia edir ki, Fərhad Əliyevin azadlığa çıxacağına qohumlarında əminlik olsa da, Rafiq Əliyevin bu əfv fərmanı ilə deyil, 31 Dekabrda gözlənilən əfv fərmanı ilə azadlığa buraxıla biləcəyini təxmin edirlər.

Geri qayıt