Əsas Səhifə > Gündəm, Manşet > SURƏT HÜSEYNOV 20 İL ƏVVƏLKİ QİYAMINI BELƏ YUYUR

SURƏT HÜSEYNOV 20 İL ƏVVƏLKİ QİYAMINI BELƏ YUYUR


11-10-2013, 10:57
SURƏT HÜSEYNOV 20 İL ƏVVƏLKİ QİYAMINI BELƏ YUYUR
KEÇMİŞ BAŞ NAZİR SEÇKİDƏ SƏSİNİ MİLLİ ŞURANIN NAMİZƏDİNƏ VERİB

DİA.AZ: - Yola saldığımız prezident seçkilərində maraqlı olanlardan biri də məşhurların hansı namizədə səs vermələridir. DİA.AZ-a Gəncədən verilən məlumatda da keçmiş baş nazir Surət Hüseynovun seçiminə aydınlıq gətirilir.

Redaksiyamıza məlumatı verən mənbə bildirir ki, sabiq baş nazir səsvermədə iştirak etməklə yanaşı, həm də tərəfdarlarını da seçiminə dəstək verməyə çağırıb. Maraqlıdır ki, Surət Hüseynov da Milli Şuranın vahid namizədi kimi seçkilərə qatılmış Cəmil Həsənlini dəstəkləyib.

Mənbənin söylədikləri: «Hətta Surət Hüseynov adamlarına da məsləhət görüb ki, Cəmil Həsənliyə səs versinlər».

Hər halda, keçmiş baş nazirin belə bir seçim etməsi maraqla qarşılanıb. Çünki indiki müxalifət məhz Surət Hüseynovun qaldırdığı qiyam nəticəsində hakimiyyətdən salınıb. Və bu gün əgər Surət Hüseynov 20 il əvvəl devirdiyi şəxslərin namizədinə səs verirsə, bunu bir növ günahyuma kimi də qəbul etmək olar.

Onun bu jestinin müxalifət tərəfindən necə qarşılanacağı da maraqlıdır. Yəni müxalifətin tövbə qapısı açıqdır, yoxsa bağlı?..

Geri qayıt