Əsas Səhifə > Hadisə > “KVARTİRANT”LAR ÜÇÜN YENİ QAYDALAR
“KVARTİRANT”LAR ÜÇÜN YENİ QAYDALAR21-01-2012, 12:39 |
NK BUNUNLA BAĞLI XÜSUSİ QƏRAR VERDİ Azərbaycanda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi ilə bağlı yeni hallar müəyyənləşdirilib. Bununla bağlı Nazirlər Kabineti "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nın təsdiq edilməsi barədə" qərarına dəyişiklik edib. Azərbaycan Nazirlər Kabinetindən şənbə günü Trend-ə verilən məlumata görə, yeni dəyişikliyə əsasən, xüsusi təyinatlı yaşayış sahələrinin kirayəçisi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, bır sıra hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. NK tərəfindən bunun üçün 3 hal müəyyənləşdirilib. Yeni dəyişikliyə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayə müqaviləsi məhkəmə qaydasında ləğv edilə bilər. Eyni zamanda, kirayəçi və ailə üzvləri yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə müqavilənin ləğvinə icazə verilir. Bundan əlavə, kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə kirayə müqaviləsi ləğv edilə bilər. Geri qayıt |