Əsas Səhifə > Cəmiyyət > ARTUR RƏSİZADƏ 20 YANVARA GÖRƏ MƏSULDURMU?

ARTUR RƏSİZADƏ 20 YANVARA GÖRƏ MƏSULDURMU?


21-01-2012, 12:03
ARTUR RƏSİZADƏ 20 YANVARA GÖRƏ MƏSULDURMU?

BİR FACİƏNİN MİKROTƏHLİLİ

Sovet ordusunun “konstitusiya quruluşunu” qaydaya salınması üçün Bakıya daxil olaraq yüzlərlə dinc sakini qətlə yetirdiyi və yaraladığı Yanvar faciəsinin 22-ci ildönümündən bu dəfə siyasi opponentlərin qarşılıqlı ittihamları üçün istifadə edilmədi.

Ölkənin siyasi rəhbərliyi bu dəfə sabiq kommunist liderlər Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovu “Qanlı Yanvar”ın əsas günahkarları kimi ittiham etmədi. O günlərdə milli azadlıq hərəkatına rəhbərlik etmiş Xalq Cəbhəsi, Müsavat və başqalarının şəxsində müxalifət də tənqid olunmadı.

Ötən illərdə ittiham olunan kommunist liderlər və müxalifət matəm günündən o vaxtlar israrla Moskvanı “konstitusiya quruluşunun” qaydaya salınması üçün Bakıya çağıran, hazırda yüksək vəzifə daşıyan məmurların ünvanına tənqid səsləndirilməsi üçün istifadə etmədi. Belələrinin sırasında Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov iki il əvvəl baş nazir Artur Rasizadənin adını çəkmişdi.

Maraqlıdır ki, bütün siyasi proseslərin iştirakçıları üçün əsas tənqid və ittiham hədəfi Qorbaçov, Primakov, Yazov və Azərbaycanda cəza aksiyası keçirilməsi barədə qərar qəbul etmiş siyasi personajların şəxsində Rusiya oldu. KİV-də ən çox tənqidə məruz qalan o vaxtkı baş katib, Heydər Əliyevi Siyasi Bürodan çıxaran və indi Putini siyasətdən getməyə çağıran Mixail Qorbaçov oldu.

1993-cü ildə hakimiyyətə gələn iqtidarın versiyasına görə, 20 Yanvar faciəsinin əsas günahkarı Qorbaçov başda olmaqla sovet (oxu: Rusiya) rəhbərliyi, Mütəllibov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyi və Xalq Cəhhəsinin lideri Əbülfəz Elçibəy başda olmaqla müxalifət idi. Hər zaman 20 Yanvar tarixindən xarici və daxili səviyyədə Əliyevin rəqiblərinə informasiya-siyasi zərbə vurmaq üçün istifadə olunub.

İndi, Yanvar faciəsinin 22-ci ildönümündə tənqid hədəflərindən yalnız Rusiya qaldı, bu ölkənin səfirliyi qarşısında Qarabağ Azadlıq Təşkilatı aksiya keçirdi. Başqa opponentlərin tənqiddən kənarda qalmasını milli konsensus cəhdi saymaq olmaz. Amma bu ilin yazında eks-prezident statusu alacağı gözlənilən Mütəllibovun reabilitasiyası dəyərlərə yenidən qiymət veriləcəyini deməyə əsas verir.

Amma 20 Yanvardan əvvəl və həmin gün baş verənlərə əsasən fikir yürütsək, mozaika yaranır və orada o vaxt Moskvada, Bakıda, Qərbin paytaxt şəhərlərində fəaliyyət göstərən, “ekstremist və fundamentalistləri” neytrallaşdırmaq üçün Qorbaçovun gördüyü tədbirlərə dəstək verən bütün siyasətçilərin günahı görünür. Qan tökülmədən azadlıq olmayacağını deyənlər də, susanlar da günahkardır.

O da faktdır ki, ümumxalq kədəri insanları birləşdirmədi. Bu gün, 22 il keçəndən sonra mikroskopik «20 Yanvar» ölkənin hər yerində baş verir. Onlar qan yolu ilə azadlığa aparmalı idi, amma baş vermir. Yuxarıdakıların aşağıdakılara qarşı zorakılığı hər gün, hər saat baş verir. Yanvar faciəsinin ildönümü ərəfəsində hakimiyyət məmur-inhisarçılardan azad olmaq istəyən taksi sürücülərinin aksiyasını qəddarlıqla dağıtdı. Təsadüfən və ya qəsdən 20 Yanvar ərəfəsinin seçilməsindən asılı olmayaraq, aksiya rəmzi xarakter daşıyırdı.

Turan analitik xidməti


Geri qayıt