Əsas Səhifə > Gündəm, Manşet > SƏLİM MÜSLÜOMV YENİ SEZONUN İLK ƏSAS HƏDƏFİDİR

SƏLİM MÜSLÜOMV YENİ SEZONUN İLK ƏSAS HƏDƏFİDİR


10-10-2013, 11:01
SƏLİM MÜSLÜOMV YENİ SEZONUN İLK ƏSAS HƏDƏFİDİR
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN VƏZİFƏLİ ŞƏXSLƏRİ HƏBS OLUNACAQ

DİA.AZ: - «Dövlət Sosial Müdafiə Fondunun yüksək ranqlı məmurlarından bəzilərinə cinayət işi açıla bilər». Bu şok məlumatı DİA.AZ-a verən hökumət içindəki mötəbər mənbə iddia edir ki, Fondun prezidenti Səlim Müslümov və eyni zamanda fondun daha bir neçə vəzifəli şəxsi barəsində neçə müddətdir ki, materiallar toplanmaqdadır.

Mənbə bildirir ki, antikorrupsiya dalğasının ilkin dönəmlərində DSMF-nin strukturlarının ilk hədəf kimi müəyyən olunması heç də təsadüfi deyildi: «Əslində həmin dönəmdə Səlim Mıüslümova «əlvida» deyiləcəkdi. Lakin müəyyən məqamlar nəzərə alındı və antikorrupsiya dalğasının daha da yuxarı vəzifə pillələrinə doğru irəliləməsinin qarşısı alındı. Halbuki illər əvvəl Əli İnsanov və Fərhad Əliyev kimi nazirlər məhz korrupsiya ittihamı ilə mühakimə olunmuşdular. Amma bu dəfə elə bir addımın atılması iqtidarın ümumi maraqları fonunda olmadığından Səlim Müslümov toxunulmaz qaldı.

Amma onun yerlərdəki işçiləri həbsdən qurtula bilmədilər. Yəqin xatırlayırsınız, DSMF-nin ayrı-ayrı əməkdaşlarının evlərindən yüzlərlə pensiya, sosial müavinət kartları çıxdı. Bu proseslə «yuxarılara» doğru gedilsəydi, Səlim Müslümov açıq hədəfə çevriləcəkdi».

Məlumatı verən qaynağın sözlərinə görə, artıq vaxt yetişib: «Onsuz da Səlim Müslümovla hakimiyyətin yolları ayrılır. Və sözügedən məqamdan istifadə olunacaq. Ən azından iqtidarın bir antikorrupsiya öhdəliyi də var. Bu baxımdan Səlim Müslümovun «kantorunda» nəzərdə tutulan tədbirlər kifayət qədər əlverişlidir».

Mənbəmiz prosesin noyabr ayından start götürəcəyini də bildirib. Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt