Əsas Səhifə > Siyasət, Manşet > YENİ HÖKUMƏTİN TƏRKİBİ - TAM HEYƏT DİA.AZ-DA

YENİ HÖKUMƏTİN TƏRKİBİ - TAM HEYƏT DİA.AZ-DA


10-10-2013, 09:19
YENİ HÖKUMƏTİN TƏRKİBİ - TAM HEYƏT DİA.AZ-DA
PREZİDENT HAZIRKİ HAKİM KOMANDADAN KİMLƏRLƏ «YOLA DAVAM» DEYİR

DİA.AZ: - Artıq prezident seçkiləri geridə qalmış hesab olunduğundan yenə də kimlərin vəzifədə saxlanılacağı, kimlərə «əlvida» deyiləcəyi aktual bir mövzu kimi diqqətə gəlməkdədir. Bildirək ki, bununla bağlı DİA.AZ-da müxtəlif vaxtlarda müxtəlif bilgilər verilib. Və bu baxımdan redaksiya olaraq yekun olaraq Nazirlər Kabinetinin hazırki tərkibindən kimlərin saxlanılacağı, yəni kimlərlə «yola davam ediləcəyi» ilə bağlı məlumatları toplayaraq ümumiləşdirilmiş bilgiləri diqqətinizə çatdırırıq.

İlk olaraq vəzifədə saxlanılacaqları ehtimal olunanların siyahısını təqdim edirik:

Eyyubov Yaqub Abdulla oğlu - Baş nazirin birinci müavini

Məmmədyarov Elmar Məhərrəm oğlu - Xarici işlər naziri

Usubov Ramil İdris oğlu - Daxili işlər naziri

Mahmudov Eldar Əhməd oğlu - Milli təhlükəsizlik naziri

Əbiyev Səfər Axundbala oğlu - Müdafiə naziri

Məmmədov Fikrət Fərrux oğlu - Ədliyyə naziri

Camalov Yavər Talıb oğlu - Müdafiə sənayesi naziri

Şərifov Samir Rauf oğlu - Maliyyə naziri

Heydərov Kəmaləddin Fəttah oğlu - Fövqəladə Hallar naziri

Ələkbərov Füzuli Həsən oğlu - Əmək və əhalinin sosial müdafiəsi naziri

Qarayev Əbülfəs Mürsəl oğlu - Mədəniyyət və turizm naziri

Cabbarov Mikayıl Çingiz oğlu - Təhsil naziri

Şirəliyev Oqtay Kazım oğlu - Səhiyyə naziri

Abbasov Əli Məmməd oğlu - Rabitə və informasıya texnologiyalarlı naziri

Rəhimov Azad Arif oğlu - Gənclər və idman naziri

Aslanlı Rüfət Cəbrayıl oğlu - Qiymətli Kağizlar üzrə Dövlət Komitəsinin sədri

Ələsgərov Abbas Abbas oğlu - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Hüseynova Hicran Kamran qizi - Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Vəliyev Arif Mikayıl oğlu - Dövlət Statistika Komitəsinin sədri

İskəndərov Elşad Hüseyn oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Həsənov Ramiz Ayvaz oğlu - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

İmanov Kamran Sultan oğlu - Müəllif Hüquqları Agentliyinin sədri

Çəndirli İskəndər Hüseyn oğlu - Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru

Qurbanov Qüdrət Qəmbər oğlu - Dövlət Dəniz Administrasiyasının rəisi

Quliyev Fuad Hidayət oğlu - Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Nəbiyev Firudin Hilal oğlu - Dövlət Miqrasiya Xidmətinin rəisi

Quliyev Elçin İsağa oğlu - Dövlət Sərhəd Xidmətinin rəisi

Paşayev Ataxan Əvəz oğlu - Milli Arxiv İdarəsinin rəisi

Kərimov Inam İmdad oğlu - AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Xəlilov Bəhram Bəhman oğlu -AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri

Abbaszadə Məleykə Mehdi qızı - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri

Bədəlov Akim Bədəl oğlu - Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri

İndi isə postlarını itirə biləcək yüksək çinli məmurların siyahısını təqdim edirik. Bildirək ki, bu şəxslərin adları zaman-zaman «vurulacaq» məmurlar sırasında hallandırılıb:

Rasi-zadə Artur Tahir oğlu - Baş nazir

Əfəndiyev Elçin İlyas oğlu - Baş nazirin müavini

Həsənov Əli Şamil oğlu - Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Şərifov Abid Qoca oğlu - Baş nazirin müavini

Məmmədov Fazil Əsəd oğlu - Vergilər naziri

Mustafayev Şahin Abdulla oğlu - Iqtisadi inkişaf naziri

Abasov İsmət Dursun oğlu - Kənd təsərrüfatı naziri

Əliyev Natiq Ağaəmi oğlu - Sənaye və energetika naziri

Bağırov Hüseynqulu Seyid oğlu - Ekologiya və təbii sərvətlər naziri

Məmmədov Ziya Ərzuman oğlu - Nəqliyyat naziri

Əliyev Aydın Əli oğlu - Dövlət Gömrük Komitəsinin sədri

Məmmədov Qərib Şamil oğlu - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

İbrahimov Nazim Hüseyn oğlu - Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri

Müslümov Səlim Yanvar oğlu - Dövlət Sosial Müdafiə Fondunun sədri

Həsənov Kərəm Əvəz oğlu - Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Rəhimov Arzu Yusif oğlu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, nəqliyyat naziri Ziya Məmmədov baş nazir postuna gətirilə bilər və əgər bu plana qərar verilməzsə, o zaman Ziya Məmmədov hazırki postunda təsdiqlənəcək. Ziya Məmmədovun baş nazir vəzifəsinə təsdiqlənəcəyi halda isə, onun yerinə hazırda NN şefinin müavini görəvini daşıyan Musa Pənahovun təsdiqlənəcəyi söylənilir.

Onu da bildirək ki, araşdırmalarımız bitməyib və yaxın vaxtlarda «vurulacaq» icra başçılarının və digər görəv təmsilçilərinin də siyahılarını diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt