Əsas Səhifə > Ölkə > RƏSUL QULİYEVİN BİRLİYİNDƏ QOPMALAR

RƏSUL QULİYEVİN BİRLİYİNDƏ QOPMALAR


20-01-2012, 16:58
RƏSUL QULİYEVİN BİRLİYİNDƏ QOPMALAR

KOALİSİYA MÜQAVİMƏT HƏRƏKATINDAN AYRILDI

Bu gün “Hədəf” Gənclər Koalisiyasının İdarə Heyətinin toplantısı keçirilib.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda Azərbaycanda və Dünyada baş verən ictimai siyasi proseslər müzakirə olunub. Toplantının əsas mövzusu təşkilatın Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında bundan sonrakı fəaliyyəti olub. Mövzunun geniş müzakirəsinin sonunda bəyanat qəbul olunub:

“Biz “Hədəf” Gənclər Koalisiyası olaraq Azərbaycanda gənclərin fəallığını artırmaq məqsədi ilə, “Demokratik cəmiyyət uğrunda müqavimət hərəkatı”na qoşulduq. Təxminən bir aydan artıq müddətdə hərəkata üzvlük dövrümüzdə, proseslərin gedişatı bizi qane etmədi. Yeni yaranmış hərəkatın siyasi sifarişlə hərəkət etdiyini və ümumi müxalifət düşərgəsinə, xüsusən də “İctimai palata”nın fəaliyyətinə ziyan vurduğu üçün bu hərəkatdan ayrıldığımızı bəyan edirik”.


Geri qayıt