Əsas Səhifə > Siyasət, Manşet > HACI İBRAHİMİN ZÜLMÜNDƏN ƏRŞƏ QALXAN HARAY

HACI İBRAHİMİN ZÜLMÜNDƏN ƏRŞƏ QALXAN HARAY


8-10-2013, 15:41
HACI İBRAHİMİN ZÜLMÜNDƏN ƏRŞƏ QALXAN HARAY
QAZAXDAN OLAN SAHİBKAR SON ÜMİD YERİ KİMİ DÖVLƏT BAŞÇISINI GÖRÜR

DİA.AZ: - Qazax rayon, Aşağı Əksibara kənd sakini, Məmmədov Elşad Tofiq oğlu redaksiyamıza və paralel olaraq dövlət başçısına şikayət məktubu ünvanlayıb. DİA.AZ-a daxil olan şikayət məktubun bəzi məqamlarını diqqətinizə çatdırırıq:

“Cənab Prezident! 2 ildir ki, Hacı İbrahim Nehrəmli tərəfindən hədə-qorxu və dələduzluq yolu ilə qanunsuz olaraq prokurorluq və saxta məhkəmələrin əli ilə 2 mənzilim əlimdən alınıb. Bu haqsızlıq Sizə və Mehriban xanıma çatdırmaq üçün 700 şikayət ərizəsi, 100-ə yaxın qəzetlərdə məqalə, 100-ə yaxın internet saytlarında Sizə müraciət etmişəm. Buna sübut kimi “Google” səhifəsində girib “Hacı İbrahim”, “Elşad Məmmədov” yazmaq kifayət edir. Və Siz görəcəksiniz ki, Sizə və Mehriban xanıma, MTN-ə, DİN-ə və Prokurorluğa bu qədər şikayət yazan adamın dərdi ilə bir dəfə də olsun heç bir nazirlik strukturları maraqlanmayıblar. Axı mənim Hacı İbrahimli Nehrəmlinin mühafizəçisi hədə-qorxu yolu ilə “bandotdel”in (mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin) əli ilə tutduracağını və əlimdəki ev sənədlərini qaytarmasam, həmin binaya yaxın gəlsən sənin ayaqlarını sındırıb öldürərik deyib.

* * *

...Prokurorluğa 2 il ərzində yazdığım şikayət ərizələri hərəkətsiz saxlanılır. Nədənsə Hacı İbrahim Nehrəmlinin açıq-aşkar etdiyi dələduzluq əməli ilə bağlı ortada fakt olsa da, cinayət işi açılmır. Əlimdə Hacı İbrahimə məxsus “AVESTA” Konserninə daxil olan “Həsən-96” MTK-ya, (yeri gəlmişkən həmin şirkətin rəhbəri Emil Tağıyev Hacı İbrahim Nehrəmlinin bacanağıdır) aid maliyyə arayışı və kassa mədaxil çeki ki, mən şirkətə nəğd şəkildə pul ödəmişəm.

... Hörmətli Prezident! Sizdən çox xahiş edirəm, mənim və ailəmin (3 körpə övladımın) həyatı təhlükə qarşısındadır. Nə MTN, nə DİN-i nə də ki, Baş Prokurorluq bizim həyatımızla maraqlanmır, müstəqil və demokratik ölkədə göz görər-görə Hacı İbrahim Nehrəmli at oynadır və əmlakımızı saxta məhkəmələr və hədə-qorxu yolu ilə əlimizdən alır. Mənim ümidim yalnız Sizədir. Çünki Hacı İbrahim Nehrəmli ilə heç kim bacarmır”....

Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt