Əsas Səhifə > Hadisə > “MƏQSƏDİM MÜXALİFƏTİ QIZIŞDIRMAQ DEYİL”

“MƏQSƏDİM MÜXALİFƏTİ QIZIŞDIRMAQ DEYİL”


20-01-2012, 15:25
“MƏQSƏDİM MÜXALİFƏTİ QIZIŞDIRMAQ DEYİL”

“İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ GÖTÜRMƏK İSTƏYİRƏM”

Mən bu məqaləni Azərbaycan hökumətini tənqid etmək üçün deyil, dost və qardaş ölkənin ortaq problemimizə zəif münasibət bildirməsi səbəbi ilə qələmə almışam. Bunu SalamNews-a “Yeni Şəfəq” qazetində “Bir millət iki dövlət - Fransız qalan Əliyev” məqaləsinin müəllifi Çetiner Çetin bildirib.

- Yazınızın düzgün olduğunu söyləyənlərlə yanaşı, iki ölkənin qardaşlıq duyğularından faydalanaraq, əlaqələrə zərbə vurmaq üçün qəsdən yazılan məqalə olduğu qənaətində olanlar da var. Bununla bağlı nə deyə bilərsiniz?

- “Yeni Şəfəq” qazetində çıxan məqaləmi Azərbaycan müxalifəti və ya bəzi siyasi dairələr öz mənfəətləri üçün istifadə edirsə, bu, səhv düşüncədir. Məqsədim Azərbaycan iqtidarını tənqid etmək deyil, dost və qardaş Azərbaycanı “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun layihəsinin Fransa Senatında qəbul olunmasına etirazının zəif olmasıdır. Təbii ki, Azərbaycanda bəzi müxalif qruplar bunu özləri üçün siyasi alət kimi istifadə edə bilərlər. Amma, bu, çox yanlış addımdır. Burada məqsəd iki ölkənin dostluğunun gücləndirilməsi və İlham Əliyevin və xanımı Mehriban Əliyevanın bu məsələdə rəsmi açıqlama verməsidir. İlham Əliyev və xanımı Mehriban Əliyeva “erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa Senatında qəbulunu rəsmi açıqlamaları ilə pisləməlidir. Məqsədimiz müxalifətə əlavə şans vermək, Prezident İlham Əliyevə qarşı qızışdırmaq və anti-demokratik proseslərə şərait yaratmaq deyil. Cənab İlham Əliyevlə bu barədə qarşı-qarşıya danışmaq istərdim. Məsələ ilə bağlı ondan müsahibə almaq arzusundayam.

- Azərbaycan hökuməti bu məsələyə yetərincə münasibət bildirib. Siz bu məsələdə Azərbaycan hökumətini dəstək verməməkdə niyə gunahlandırırsınız?

- Qondarma erməni soyqırımı iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun layihəsinin Fransa parlamentində qəbulu məsələsində Türkiyəyə heç bir ölkə dəstək vermədi və bu məsələdə Ankara tək qaldı. Mən digər ölkələrdən daha çox, Azərbaycandan bu dəstəyi görməyi arzu edərdim. Hər şeydən əvvəl, bu, mənim şəxsi fikrimdir. Ermənistanla yaşanan problem və ya erməni məsələsinin keçmişi ilə bağlı fikir bildirsək, azərbaycanlılarla ermənilərin ortaq tarixi keçmişə sahib olduqlarını, birgə yaşadıqlarını görərik. Azərbaycanın hazırda Qarabağ problemi var. Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib. Türkiyə bu məsələdə daim Azərbaycanın yanındadır. Amma, Türkiyənin də Ermənistan ilə bu şəkildə ciddi problemi var.

- Türkiyə nə etdi və Azərbaycanın nə etməsi lazımdır?

- Bütün yaşanan prosselərdə biz Azərbaycandan dəstək görmədik. Məsələ ilə bağlı təkcə Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan açıqlama gəldi. Biz İlham Əliyev və onun xanımından açıqlama verməsini gözləryərkən, sadəcə Novruz Məmmədovun fikriləri ilə kifayətləndi. Parlement çərçivəsində bu məsələ gündəmə heç gətirilmədi. Gündəmə gətirilsə belə, məsələ ilə bağlı rəsmi açıqlama verilmədi. Hesab edirəm ki, bu, sadəcə, Türkiyənin problemi deyil, eyni zamanda Azərbaycanın problemidir.

- Bəlkə Azərbaycan tərəfi rəsmi münasibət bildirmək üçün nəticəni gözləyir?

- Nəticəni gözləməyə ehtiyac yoxdur. Fransa parlamenti soyqrımı qəbul etdikdə, bizə Azərbaycanın sözü gedən məsələ ilə bağlı rəsmi münasibət bildirməsinin heç bir faydası yoxdur. Həmçinin bu məsələ ilə bağlı ABŞ-ın və bir sıra ölkələrin rəsmi münasibət bildirməsinin də heç bir təsiri və əhəmiyyəti yoxdur. Məsələyə isti-isti münasibət bildirilməlidir.

Bir daha vurğulayıram ki, yazdığım məqalə ilə qardaş və dost Azərbaycana qarşı hansısa düşmənçiliyim və ya şəxsi-qərəzçiliyim yoxdu. Sadəcə, Azərbaycanın münasibət bildirməklə bu məsələni pisləməsini istəyirəm.


Geri qayıt