Əsas Səhifə > Gündəm, Manşet > ARDNŞ ŞEFİ DEPUTATI NƏDƏN HƏDƏLƏMƏLİ OLUB?

ARDNŞ ŞEFİ DEPUTATI NƏDƏN HƏDƏLƏMƏLİ OLUB?


8-10-2013, 10:46
ARDNŞ ŞEFİ DEPUTATI NƏDƏN HƏDƏLƏMƏLİ OLUB?
MİLLƏT VƏKİLİ RÖVNƏQ ABDULLAYEVDƏN YÜKLÜ MİQDARDA BORC ALSA DA…

DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyaya görə, ARDNŞ prezidenti bir neçə gün bundan əvvəl millət vəkillərindən biri ilə mübahisə edib və mübahisə o həddə çatıb ki, məsələ hətta «yuxarıların» da qulağına çatıb.

Mənbə iddia edir ki, təxminən iki il əvvəl biznesi olan (sözsüz ki, biznesi olmayan millət vəkili azdır -red.) millət vəkillərindən biri ARDNŞ prezidenti ilə şəxsi münasibətlərinə güvənərək ondan yüklü miqdarda, təxminən 600 min manat həcmində borc pul götürüb. ARDNŞ prezidenti deputata etimad göstərərək həmin pulu versə də, bir il üçün götürülən borcun yalnız 340 min manatını geri ala bilib.

Mənbənin söylədikləri: «Və bir ilə yaxındır ki, deputat 260 min manata yaxın borcunu qaytara bilmədiyindən Rövnəq Abdullayevlə münasibətlərində gərginlik yaşanıb. Bir neçə gün əvvəl isə vəziyyət o həddə çatıb ki, Rövnəq Abdullayev deputatı təhdid də edib».

Redaksiyamıza daxil olan informasiyaya görə, məhz «yuxarıların» müdaxiləsindən sonra, deputat pulun qalığının qaytarılması üçün əlavə vaxt alıb və yaxın günlərdə borcunu qaytaracağını vəd edib.

Bildirək ki, həmin deputatın kimliyi redaksiyamıza bəlli olsa da, bu barədə kimsədən təsdiqləyici münasibəti öyrənə bilmədiyimizdən təfərrüatları sonraya saxladıq. Bizi izləyin. Mövzu diqqətimizdədir…

Geri qayıt