Əsas Səhifə > Siyasət, Manşet > İLHAM ƏLİYEVƏ SEÇKİQABAĞI ŞOK MÜRACİƏT

İLHAM ƏLİYEVƏ SEÇKİQABAĞI ŞOK MÜRACİƏT


8-10-2013, 09:40
İLHAM ƏLİYEVƏ SEÇKİQABAĞI ŞOK MÜRACİƏT
CƏNAB PREZİDENT! KƏNDLİNİN HAQQINI QULDURUN AYAĞINA VERMƏYİN!

DİA.AZ: - Keçmiş baş hərbi komissar, Salyan rayonunun deputatı Əliağa Hüseynovun sözügedən rayonda kəsdiyi başa sorğu olmaması ilə bağlı ölkə ictimaiyyətində hələ əvvəlindən real təəssüratlar mövcuddur. Və ən acınacaqlı orasıdır ki, nə Salyanın icra başçısı Tahir Kərimov Əliağa Hüseynovla bacarmır, nə də «yuxarıdan» bir kimsə millət vəkilinin şıltaqlığını durdurma iqtidarında və yaxud da cəsarətində deyil. Hər halda, yaranmış təəssürat belə deməyə əsas yaradır.

DİA.AZ-a müraciət edən Salyan rayonu Noxudlu kənd sakini Bayram Nəcəfov artıq Əliağa Hüseynovun zülmündən cana doyduğunu və hətta intihar barədə düşündüyünü söyləyir: «11 uşaqlı ailəmi əlimin zəhməti ilə böyütmüşəm və bu gün də yeganə dolanışıq yerimiz torpağımızdır. Əliağa Hüseynovun adamlarının özbaşınalıqları o həddə çatıb ki, sanki ölkənin sahibləri bu adamlardır.

İstədiklərini edirlər. Kiçik oğlumu bu günlərdə həbs etdirib, qanunsuz olaraq 10 sutkalıq cəza verdirdilər. Sanki Salyanın hüquq-mühafizə və icra orqanları Əliağa Hüseynovun əlinin altında nökərdilər. Oğluma qanunsuz cəza kəsmələri bir yana, onu 3 gün ac-susuz da saxlayıblar. Heç almanlar əsirlərlə bu cür davranmayıblar, amma Salyanda Əliağa Hüseynovun hökmü ilə insanlara belə zülmlər yaşadılır».

Vətəndaş bildirir ki, bütün bu zülmlərin nədəni də Əliağa Hüseynovun ona məxsus olan 97 hektar torpaq sahəsini və bu ərazidəki heyvandarlıq fermasını əlindən alma istəyidir: «Əliağa Hüseynovun adamları mənə bütün bu zülmləri məhz bu fermamı və torpağımı əlimdən almaları üçün yaşadırlar. Mən buradan prezidentimiz İlham Əliyevə müraciət edirəm.

Cənab prezident! Kəndlinin haqqını quldurun ayağına verməyin! Biz Sizin seçicilərinizik. Səsimiz də Sizin halalınızdır. Amma imkan verməyin ki, canımızı, malımızı əlimizdən alsınlar»

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt