Əsas Səhifə > Siyasət, Manşet > SEÇKİLƏRDƏN SONRA KİMLƏR KİMİ YOLA SALACAQ?
SEÇKİLƏRDƏN SONRA KİMLƏR KİMİ YOLA SALACAQ?7-10-2013, 11:21 |
NK RƏSMİSİNDƏN ŞOK AÇIQLAMALAR: MÜXALİFƏT KİMİN YANINDADIR? DİA.AZ: - «Builki prezident seçkiləri bir çox məmurların son seçkiləridir və bu seçkidən sonra hakimiyyətin düzənində ciddi dəyişikliklər baş verəcək». Bu barədə DİA.AZ-a açıqlamasında danışan Nazirlər Kabinetində kifayət qədər yüksək vəzifə tutan şəxslərdən biri iddia edir ki, iqtidarın ənənəvi qüvvələri ilə yeni prezident komandası arasındakı çəkişmə bu seçki ilə həlledici mərhələsinə qədəm qoymuş olur: «Əslində Azərbaycanda iqtidar-müxalifət yox, iqtidardaxili qüvvələrin mübarizəsi gedir. Bu gün Azərbaycan müxalifəti faktiki olaraq iqtidardakı qüvvələr arasında paylaşdırılıb və görüntüdə olan rəqabət də əslində onların davasıdır. Bəlkə də bu ifadələr kimlər üçünsə ağır təsiri bağışlayar. Amma faktiki olaraq bu, belədir». Mənbəmiz bildirir ki, məhz iqtidar daxilində gərginlik artdıqca bu gərginlik təbii surətdə müxalifət-hakimiyyət münasibətlərində özünü əks etdirir: «Prezident seçkilərində iştirak edən namizədlərin kimliyi və mahiyyəti də belə deməyə əsas yaradır. Bu illərdir ki, belə olub». Nazirlər Kabinetinin yetkilisi bu arada maraqlı bir açıqlaması ilə də diqqətə gəlib: «Azərbaycan müxalifətinin sonuncu namizədi Əbülfəz Elçibəy olub. Ondan sonra bütün proseslər birbaşa və yaxud da dolayı yollarla hakimiyyətiçi qruplaşmaların nəzarəti altında olub. İndi də anoloji vəziyyətdir. Təsəvvür edin, müxalifət hətta keçmiş rektor Elşad Abdullayevin yaratdığı situasiyada ada iştirakçıya çevrilməmək kimi bir azadlığa malik olmadığını ortayat qoydu. Əslində Elşad Abdullayev iqtidariçi «razborka»nın təzahürü kimi meydana çıxdı. Amma müxalifətin də bu prosesdə fəallığı gözə dəydi. Hətta bu prosesdən maddi baxımdan faydalanmış vəziyyətdə çıxanlar da oldu». Mənbəmiz iddia edir ki, prezident seçkilərindən sonra iqtidar daxilində çox ciddi dəngə dəyişikliyi müşahidə olunacaq: «Bunu qısa müddətdə də seyr edə bilərik. Çünki artıq hər cür tədarük görülüb». Geri qayıt |