Əsas Səhifə > Güney Press > BAKIDA JURNALİSTİ ÖLÜMLƏ HƏDƏLƏDİLƏR
BAKIDA JURNALİSTİ ÖLÜMLƏ HƏDƏLƏDİLƏR7-10-2013, 09:10 |
![]() JUR.Az və Gunxeber.com saytının əməkdaşı Coşqun Calaloğlu tənqidi çıxışına görə ölümlə təhdid olunur. ANS telekanalında “Açıq Söhbət”ə dəvət alan C.Calaloğlu verlişdə “Oksigen Klinik Xəstəxanası”nın və cərrah Mübariz Əliyevin çirkin əməlləri haqda şok faktlar açıqlayıb. Açıq Söhbət verlişi bu axşam saat 20:00 da efirə getdikdən sonra jurnalistə zəng vuran cərrah Mübariz Əliyev bu sözləri ifadə edib: “Sizinlə danışan Mübariz Əliyevdi. Siz nə alçaq jurnalistsiz. O nə yazılardı mənim haqqımda yazmısınız. SƏn çox qələt eliyib, ……. mənim haqqımda belə bir yazı yazmısız. Sən axı kimsən? Sen əlimə keçsən, səni öldürəcəm. Sənin haqqında tədbir görəcəm.Tapacam seni”- Deyə M.Əliyev təhqiramiz ifadələrlə telefonu qapadıb. Junrnalist M.Əliyevə biraz diqqetli olmağı desə də cərrah söyüş və təhqiramiz ifadələri yenidən yağdırmağa başlayıb. Onu da əlavə edək ki, bir neçə gün bundan öncə “Oksigen Klinik Xəsətəxanası”nın rəhbərliyi adından C.Calaloğluya zəng vurararaq xüsusi adamların ayrıldığın və yaxın günlərdə cəzalandırılacağını deyib. Cərrah M.Əliyevin işlətdiyi bəzi təhqiramiz ifadələri nöqtələrlə əvəz etmişik. Əlavə olaraq qeyd edirik ki, cərrahın işlətdiyi bəzi qeyri-etik ifadələri qeyd etdiyimizə görə oxuculardan üzr istəyirik. Qeyd edək ki, Coşqun Calaloğlunun Oksigen klinikasında əməliyyat olunan xəstəninin sonradan ölməsi səbəbəini araşdırdığına görə təziqlərə məruz qalmaqdadır. Coşqun Callaoğlu ölümlə təhdid edildiyinə görə, müvaifiq qrumlara müraciət edəcək. Geri qayıt |