Əsas Səhifə > Gündəm, Manşet > «MÜƏLLİM GÜNÜ» MÜƏLLİMLƏRƏ FIRILDAQ GƏLİRLƏR

«MÜƏLLİM GÜNÜ» MÜƏLLİMLƏRƏ FIRILDAQ GƏLİRLƏR


7-10-2013, 08:48
«MÜƏLLİM GÜNÜ» MÜƏLLİMLƏRƏ FIRILDAQ GƏLİRLƏR
«SOLİTON» MAĞAZALAR ŞƏBƏKƏSİ RƏSMƏNİ BU MÜQƏDDƏS ADA HƏQARƏT ETDİ

DİA.AZ: - Redaksiyamıza müraciət edən müəllimlər bu gün MÜƏLLİM ADININ rəsmən ələ salınmasından, bu ad altında işbazların fırıldaqçılıq etməsindən, şirkətlərin, bankların özlərini reklam etməsindən giley edirlər. DİA.AZ-a daxil olan müraciətdə növbəti dəfə müəllim adının aşağılanması faktı önə sürülür və bu məsələyə dövlətin müvafiq qurumlarının, xüsusən də iqtisadi inkişaf nazirliyinin müdaxiləsi vacib hesab olunur.

Müraciətdə deyilir: «Bu gün bir çox şirkətlər, banklar sanki müəllimlərin maaşlarının azlığından istifadə edərək öz maraqları naminə müəllim adını aşağılamaqla məşğuldurlar. Bu gün «MÜƏLLİMLƏRƏ ÖZƏL KREDİT» və s. bu tipli kimi reklamlara tez-tez rast gəlinir. Bunların hamısı boş yalan və cəfəngiyyatdır. Fırıldaqçılar müəllimlərin ehtiyac içində yaşamalarından sui-istifadə edərək özlərini reklam edirlər.

Və biz müraciət edirik iqtisadi inkişaf naziri Şahin Mustafayevə! Cənab nazir, Siz bilirsinizmi ki, bu gün «UniBank», «Bank of Baku» və digər bu kimi qurumlar müəllim adını əslində aşağılamaqla məşğuldur?».

Daha sonra narazı təhsil işçiləri «Soliton» mağazalar şəbəkəsindən şikayətçi olduqlarını ifadə edirlər: «Elektrik avadanlıqlarının satışı ilə məşğul olan bu şəbəkənin reklamlarını hər yerdə görmək olardı. Guya ki 5 Oktyabr - Müəllim Gününə özəl olaraq 10 günlük kampaniya elan etmişdilər və müəllimlər guya ki, ilkin ödəniş olmadan istədikləri məşiət avadanlığını, texnikanı kreditə götürə bilərdilər.

Amma bu, faktiki olaraq ağ yalan idi. Çünkim «Soliton»un dükanlarına müraciət edən bütün müəllimlər eyni mənzərə ilə rastlaşıblar. Onlara bildirilib ki, reklamda deyilənlər həqiqət deyil. Hətta məlum olub ki, guya özəl güzəşt təklifi alan müəllimlərə məsələn, qiyməti 449 manat olan planşeti 180 manat ilkin ödənişlə, bir il üçün ayı 60 manatdan təklif edirlər. Yəni hesablayanda bəlli olur ki, qiyməti 449 manata olan planşetə görə müəllimlərdən Məllim Gününə özəl olaraq iki qat artıq - 900 manat pul almış olurlar».

Narazı müəllimlər bildirir ki, bu hadisə rəsmən fırıldaqçılıqdır və əgər dövlətin müvafiq qurumları məsələyə hüquqi qiymət vermək istəsələr, o zaman yetərincə dəlil təklifetməyə də hazırdırlar.

Məsələ diqqətimizdədir. Qarşı tərəfi də dinləmyə hazırıq…


Geri qayıt