Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ İNSANOVUN SƏHHƏTİNDƏ CİDDİ PROBLEM VAR
ƏLİ İNSANOVUN SƏHHƏTİNDƏ CİDDİ PROBLEM VAR4-10-2013, 17:54 |
![]() DİA.AZ: - Keçmiş səhiyyə naziri Əli İnsanovun səhhətində problemlər yaranıb. Bu barədə məlumat В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (DİA.AZ) penitensiar xidmətdəki dairələrdən daxil olub. Mənbənin sözlərindən belə aydın olur ki, son günlər havaların soyuq keçməsi 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq nazirin kamerasında da ciddi şəkildə hiss edilib. Bu barədə mənbənin iddia etdikləri: В«Əli İnsanovun bel fıtığından əziyyət çəkməsi hər kəsə məlumdur. Vaxtlı-vaxtında müalicə oluna bilməməsi, son günlər isə keçmiş nazirin sağlıq durumunun nəzarətdə saxlanılması üçün davamlı olaraq istifadə etdiyi dərmanların Əli İnsanova çatdırılmamsı, bir yandan da havaların kəskin şəkildə soyuması onun səhhətinə ciddi şəkildə mənfi təsir göstəribВ». Mənbəmiz bildirir ki, Əli İsanovun səhhətində yaranmış problemlərdən ailə üzvləri də xəbərdardır və onlar bu barədə penitensiar xidmət rəhbərliyinə müraciət etməyə hazırlaşırlar: В«13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilk gündən Əli İnsanova qarşı aqressiv münasibətini gizlətməyib. Bu kimi hallarda isə primitiv insani yardıma ehtiyacı olan nazirin diqqətdən kənarda saxlanılması, onsuz da yaşlı bədənin təhlükə altına düşməsi ilə nəticələnir. Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin 17 oktyabr hadisələri zamanı В«dövlət çevrilişinəВ» cəhd ittihamı ilə həbs olunsa da, həmin ərəfədə həbs olunan keçmiş iqtisadi inkişaf naziri ilə yanaşı, ona qarşı da məhkəmə istintaqı zamanı yalnız korrupsiya ittihamı irəli sürüldü və hər iki sabiq nazir məhz bu ittihamla mühakimə olundular. В«Dövlət çevrilişinəВ» cəhd ittihamı üzrə mühakimənin isə bu işdə adı əsas fiqur kimi hallandırılan, hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan sabiq parlament sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin Azərbaycana gətirilməsindən sonra baş tutacağı bildirilib. Ki, bu da əslində hər iki keçmiş nazir üçün əlavə cinayət işinin açılması təhlükəsinin mövcudluğundan xəbər verməkdədir. Bildirək ki, Əli İnsanov bu günə kimi əfv ərizəsi yazmayıb və bəyan edib ki, yazmayacaq da. Və son olaraq gözlənilən əfv qərarı ərəfəsində də Əli İnsanov əvvəlki mövqeyində inadını nümayiş etdirib. Geri qayıt |