Əsas Səhifə > Hadisə > ARZU RƏHİMOV MÜDAFİƏ NAZİRLİYİNİ ÜSTƏLƏDİ
ARZU RƏHİMOV MÜDAFİƏ NAZİRLİYİNİ ÜSTƏLƏDİ4-10-2013, 11:01 |
Nazirlər Kabineti “Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişikliklər edib. Lent.az-ın verdiyi məlumata görə, dəyişikliklər əsasən respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın təşkili sahəsində Müdafiə Nazirliyinin səlahiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilməsi ilə bağlıdır. İndiyə qədər Təhsil Nazirliyinə Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası, şəhər (rayon) icra hakimiyyəti aparatları və başqa əlaqədar təşkilatlarla birlikdə təhsil alan gənclərin hərbi xidmətə hazırlığının yaxşılaşdırılması, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ibtidai hərbi hazırlıq dərslərinin yüksək nəzəri və təşkilati-metodiki səviyyədə keçirilməsi üçün konkret tədbirlər görmək tapşırılıb. Bundan sonra Təhsil Nazirliyi bu işləri Müdafiə Nazirliyi deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həyata keçirəcək. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası da siyahıdan çıxarılıb. Eyni zamanda Təhsil Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti aparatları və başqa əlaqədar təşkilatlarla birlikdə təhsil alan gənclərin hərbi xidmətə hazırlığının yaxşılaşdırılması, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ibtidai hərbi hazırlıq dərslərinin yüksək nəzəri və təşkilati-metodiki səviyyədə keçirilməsi üçün konkret tədbirlər görməlidir. Təhsil Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə ibtidai hərbi hazırlıq dərsliyini işləyib hazırlasın, gənclərdə hərbi biliklərə maraq oyadılması məqsədilə ibtidai hərbi hazırlıq fənninin 8 və 9-cu siniflərdən tədris edilməsinin zəruriliyi məsələsinə baxacaq. İndiyə qədər Təhsil Nazirliyi Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər İttifaqı, Mülki Müdafiə Qərargahı, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurası ilə birlikdə şagirdlərin hərbi biliklərinin dərindən öyrənilməsi və təcrübədə möhkəmləndirilməsi məqsədilə hərbi-idman oyunlarının keçirilməsini yenidən bərpa etsin, həmin oyunlara tədris müəssisələri şagirdlərini maksimum dərəcədə cəlb edib. Bundan sonra Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə bərabər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi, Gənclər İttifaqı, Mülki Müdafiə Qərargahı ilə birlikdə şagirdlərin hərbi biliklərinin dərindən öyrənilməsi və təcrübədə möhkəmləndirilməsi məqsədilə hərbi-idman oyunlarının keçirilməsini yenidən bərpa etsin, həmin oyunlara tədris müəssisələri şagirdlərini maksimum dərəcədə cəlb edəcək. Artıq Müdafiə Nazirliyi yox, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərin hərbi xidmətə hazırlığını, hərbi-texniki, hərbi-tətbiqi bilik və bacarıqlarını kökündən yaxşılaşdırmaq üçün müvafiq tədbirlər görəcək, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və başqa aidiyyəti təşkilatlarla birlikdə “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsini hazırlayacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi rəhbərlərin bir aylıq toplanışının hərbi hissələrin birində keçirilməsini isə Müdafiə Nazirliyi ilə birlikdə həyata keçirəcək. Respublikanın orta ümumtəhsil, peşə məktəblərində və texnikumlarında ibtidai hərbi hazırlığın təşkilinə ümumi rəhbərlik və nəzarət etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Döyüş Hazırlığı İdarəsi nəzdində müvafiq qaydada ordudankənar hərbi hazırlıq şöbəsinin yaradılması barədə Müdafiə Nazirliyinin təklifi qəbul edilməsi barədə müddəa isə ləğv olunub. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin (KHVTİC) Respublika Şurasına tövsiyə edilsin ki, Təhsil Nazirliyi İdman və Gənclər Nazirliyi ilə birlikdə KHVTİC-nin tədris bazarlarından səmərəli istifadə edilməklə tədris müəssisələrində texniki və hərbi tətbiqi idman növləri üzrə, xüsusilə aviamodelizm, radio, hərbi tətbiqi çoxnövçülük və atıcılıq idman növləri üzrə dərnək və məşğələlər təşkil etsin. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində 2012-ci il fevralın 13-də “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması ilə əlaqədar Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin (KHVTİC) Respublika Şurasına tövsiyə edilsin ki, Təhsil Nazirliyi İdman və Gənclər Nazirliyi ilə birlikdə KHVTİC-nin tədris bazarlarından səmərəli istifadə edilməklə tədris müəssisələrində texniki və hərbi tətbiqi idman növləri üzrə, xüsusilə aviamodelizm, radio, hərbi tətbiqi çoxnövçülük və atıcılıq idman növləri üzrə dərnək və məşğələlər təşkil etmək səlahiyyəti ləğv olunub. Bununla bağlı “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə də müvafiq dəyişikliklər edilib. Geri qayıt |