Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ YEDİYAROVUN GƏDƏBƏYƏ SON HÜCUM HƏMLƏSİ

RAMİZ YEDİYAROVUN GƏDƏBƏYƏ SON HÜCUM HƏMLƏSİ


4-10-2013, 09:13
RAMİZ YEDİYAROVUN GƏDƏBƏYƏ SON HÜCUM HƏMLƏSİ
İCRA BAŞÇISI İNDİ DƏ POSTUNDA QALA BİLMƏSİ ÜÇÜN PUL TOPLAYIR

DİA.AZ: - Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun sahibkarlara - normalda dövlətin bel sütunu hesab olunan, iqtisadiyyatımızın inkişafının rəhni olan iş adamlarına hansı səviyyədə münasibət bəslədiyini təxmin etmək o qədər də çətin deyil. Bununla bağlı yerli mətbuatda yetərincə informasiyalar yayılıb.

DİA.AZ-a müraciət edən sahibkarlar bildirir ki, Ramiz Yediyarov bu həftənin birinci günü Gədəbəyin iş adamlarına elçilərini yollayıb: «Seçki üçün pul topladılar. Hərə qulpundan çıxanı verdi. İndi də başçının elçiləri bir neçə nüfuzlu iş adamına müraciət ediblər».

Sahibkarlar iddia edir ki, Ramiz Yediyarovun adamları sahibkarların hərəsindən 20 min manat pul istəyib: «Səbəb göstərilmir. Amma biz öyrənmişik ki, Ramiz Yediyarov vəzifə başında qala bilməsi üçün Bakıya 1 milyon manat pul yollamalıdır. Ona görə də rayondakı imkanlı şəxslərdən, idarə müdirlərindən pul toplayır. Hətta deyirlər ki, əgər bu pulu verməzsə, seçkidən sonra vəzifəsi ilə vidalaşmalı olacaq».

Sahibkarlar DİA.AZ-a açıqlamalarında iddia edirlər ki, vəziyyət o həddə çatıb ki, hətta rayondakı obyekt sahiblərindən də müxtəlif bəhanələrlə pul yığırlar: «Ramiz Yediyarov keçmiş vergi işçisidir. Və bu gün də Gədəbəyi vergi məmuru kimi idarə edir, müxtəlif bəhanələrlə, müxtəlif adlarla vergi yığır. Biz artıq yorulmuşuq. Bizə kömək edin».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt