Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTDƏ «TAKSİ ÜSYANI» HƏYƏCANI

HAKİMİYYƏTDƏ «TAKSİ ÜSYANI» HƏYƏCANI


19-01-2012, 16:28
HAKİMİYYƏTDƏ «TAKSİ ÜSYANI» HƏYƏCANI

ZİYA MƏMMƏDOV TƏCİLİ ŞƏKİLDƏ PREZİDENT ADMİNİSTRASİYASINA ÇAĞRILIB

DİA.AZ: - Məlum otlduğu kimi, son günlər nəqliyyat nazirliyinin şəhər içində hərəkət edən taksilərlə bağlı tətbiq etməyə çalışdığı yeni qaydalar sürücülərin böyük narazılığına səbəb olub. Artıq neçə gündür ki, nazirliyin qarşısında sürücülərin aksiyası keçirilir və bu gün də sözügedən ünvanda toqquşmalar baş verib.

«Artıq bu məsələ birbaşa olaraq prezidentin diqqət mərkəzindədir» deyən hakimiyyət içindəki məlumatlı mənbə bildirdi ki, bu gün nəqliyyat naziri Ziya Məmmədov hətta Prezident Administrasiyasına baş verən olaylarla bağlı izahat üçün çağrılıb. Mənbənin «Dünya» İnformasiya Agentliyi (dia-az.site) redaksiyasına bildirdiklərindən lə aydın olur ki, Ziya Məmmədovun yen tətbiq etməyə hazırlaşdığı qaydaların yaratdığı ajiotajın hətta ölkə hüdudlarını belə aşması heç də «Avroviziya-2012» mahnı yarışması tədarükündə olan rəsmi Bakı üçün arzuolunan deyil.

Mənbəmiz bildirir ki, Ziya Məmmədovun bu təlatümlü islahatları birbaşa olaraq Prezident Administrasiyasında da müzakirə olunub: «Prezidentin təcili olaraq müşavirə çağırması da gözlənilir. Məsələ bu qədər ciddidir. Ola bilsin ki, Ziya Məmmədovun istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlər də özünü doğrultsun».

Mənbəmizin sözlərindən o da aydın olur ki, nəqliyyat naziri Ziya Məmmədov bu səs-küyü heç də proqnozlaşdırmış və artıq o da cidd surətdə narahat olub: «Hər halda prezident administrasiyasına nazirin dəvət olunması ciddi siqnaldır. Orada nələrin müzakirə olunduğu məlum deyil. Amma aydın olanı odur ki, NN şefinin durumu ağırdır».

Mənbəmizin sözlərinə görə, artıq nəqliyyat nazirliyində bir geriçəkilmə ovqatı hiss olunmaqdadır: «Ola bilsin ki, köhnə sovet maşınlarına qarşı müəyyən güzəştlər edilsin. Yəni iş mərələli şəkildə həyata keçirilsin. Əvvəl 90-cı illərə qədər olan maşınlara qadağa qoyulacaq, 6 aydın sonra 2000-ci ilə qədər istehsal olunmuş maşınların taksi kimi işləməsi yasaq ediləcək, bundan sonra da 2012-ci ilə qədər Rusiya istehsalı olan maşınların taksi xidməti göstərməsi əngəllənəcək. Hələlik müzakirələr gedir. Yekun qərar verilməyib».


Geri qayıt