Əsas Səhifə > Güney Press / Manşet > ARZU RƏHİMOVA TƏMTƏRAQLI AD GÜNÜ VƏ...

ARZU RƏHİMOVA TƏMTƏRAQLI AD GÜNÜ VƏ...


3-10-2013, 16:14
ARZU RƏHİMOVA TƏMTƏRAQLI AD GÜNÜ VƏ...
DİA.AZ: - Prezident İlham Əliyev dəfələrlə bildirib ki, məmurun əsas işi xalqın xidmətində durmaqdır, milli-mənəvi dəyərlərimizə, xalqımızın əxlaqına yabançı olan hər şeydən uzaq olmaq lazımdır. Prezident hətta harın məmurlardan, onların xalqı saymayan övladlarından da dəfələrlə bəhs edib və tələb edib ki, bu biabırçılığa son qoyun. Hətta prezident xəbərdarlıq edib ki, belə hallara son qoymayan məmurlar cəzalandırılacaqlar. İlham Əliyev hətta bu barədə danışarkən çıxışlarında öz ad gününü məcburi köçkünlərdən birinin evində qeyd etməsini xüsusi olaraq vurğulayır.

DİA.AZ bildirir ki, bu günlərdə Bərdədə olarkən İlham Əliyev yenidən bu məqama toxunaraq bəzi məmurların harınladıqlarını, mərasimlərinə xaricdən müğənni gətirdiklərini xüsusi olara vurğuladı. Bütün bunlar gözləməyə əsas verirdi ki, məmurlar ölkə başçısının sözündən və əməlindən düzgün nəticə çıxaracaqlar.

Ancaq DİA.AZ-a daxil olan məlumata görə, iki gün öncə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov "BUTA PALACE”-də özünə təmtəraqlı ad günü keçirib. Məclisdə 70-ə yaxın dövlət idarəsinin rəhbərləri iştirak edib. Və ən əsası bahalı hədiyyələr, qiymətli əşyalar bağışlanıb. Ən bahalı hədiyyə Arzu Rəhimova bağışlanan "BUGATTİ” avtomobili olub.

Hər halda, bu kimi olayları “sözün qurtardığı yer” adlandırırlar...

Geri qayıt