Əsas Səhifə > Hadisə > BAKIDA 24 YAŞLI QADIN TAKSİ SÜRÜCÜSÜNƏ İLGİNC BÖHTAN ATDI

BAKIDA 24 YAŞLI QADIN TAKSİ SÜRÜCÜSÜNƏ İLGİNC BÖHTAN ATDI


3-10-2013, 11:39
BAKIDA 24 YAŞLI QADIN TAKSİ SÜRÜCÜSÜNƏ İLGİNC BÖHTAN ATDI
Oktyabrın 2-də Nizami rayon 23-cü polis şöbəsinə taksi sərnişininə hücum barədə ərizə daxil olub. Bu barədə Vesti.Az-a Nizami rayon Polis İdarəsindən bildiriblər.

Məlumata görə, 1989-cu il təvəllüdlü Yasamal rayon sakini Həsənova Günel Ceyhun qızı ərizə ilə müraciət edərək göstərib ki, oktyabrın 1-dən 2-nə keçən gecə təxminən saat 01:00 radələrində, Heydər Əliyev prospektində, “Koroğlu” metro stansiyasının qarşısında 10 LO 640 dövlət nömrə nişanlı taksiyə əyləşib.

Həsənova qeyd edib ki, şəhərin mərkəzinə gedirmiş. Stansiyadan bir qədər aralandıqdan sonra taksi sürücüsü ona sekslə məşğul olmağı təklif edib. Bundan özünü təhqir olunmuş hesab edən Həsənova etiraz edib və sürücüdən maşını dayandırmasını istəyib. Lakin kişi bıçaq çıxarıb və onu hədələyərək, 30 manat pul, həmçinin mobil telefonunu alıb.

Polis İdarəsindən etiraf edirlər ki, bütün gecəni yatmayaraq faktı araşdırıb və taksi sürücüsünü axtarıblar. Onu tapıb sahəyə gətirəndə isə, Həsənovanın sürücüyə böhtan atması, onun barəsində polislərə yalan məlumat verməsi aydın olub.

“Əvvəla, Həsənovanın telefonu elə özündə olub. İkincisi, saxlanılan şəxslə üzləşdirmədən sonra o, yalan danışdığını etiraf edib. Məlum olub ki, taksi sürücüsü qızı istədiyi ünvana çatdırmaqdan imtina edib və bu zəmində onların arasında münaqişə yaranıb.

O zaman qız sürücünü hədələyib ki, polislərə şikayət edəcək, onun üçün çoxlu problemlər yaradacaq. Həsənova elə gündədir ki, sürücünün ona intim təklif edəcəyinə inanmaq çətindir. Bundan başqa, faktla bağlı materiallar rayon prokurorluğuna göndərilib, qoy istintaqı başa çatdırsınlar. Bundan başqa, Həsənovanın özü barəsində yalan məlumatlara görə cərimə tədbirləri görüləcək”, - deyə Nəsimi rayon 23-cü polis bölməsindən bildiriblər.

Geri qayıt