Əsas Səhifə > Siyasət, Manşet > ŞİKAYƏTÇİ ƏLİLİ QOCALAR EVİNDƏ GİROV TUTURLAR

ŞİKAYƏTÇİ ƏLİLİ QOCALAR EVİNDƏ GİROV TUTURLAR


3-10-2013, 10:39
ŞİKAYƏTÇİ ƏLİLİ QOCALAR EVİNDƏ GİROV TUTURLAR
ŞABRAN İCRA HAKİMİYYƏTİ SANKİ DÜŞMƏN ƏSGƏRİNİ ƏLƏ KEÇİRİBMİŞ KİMİ DAVRANIRLAR

DİA.AZ: - Keçən günlərdə Şabran rayonunda görünməmiş vəhşiliyin baş verməsilə bağlı məlumat vermişdik. DİA.AZ-a rayondan ötürülən məlumatlardan aydın olurdu ki, Şabran şəhər icra hakimiyyətinə kömək istəmək üçün pənah gətirən məcburi köçkün, birinci qrup əlil Quliyev Qabil icra hakimiyyətində təzyiqlərə məruz qalıb.

Redaksiyamıza müraciət edən sakinlər bildirir ki, əsayla zorla yeriyən Qabil Quliyevə qarşı güc tətbiq edilib, təhqir olunub ki, bununla da gərginlik yaranıb: «Hadisə yerinə çağrılan polis də təbii ki, icra hakimiyyəti işçilərinin tərəfini tutub. Quliyevə qarşı təkrar zor tətbiq olunub. Polislər birinci qrup əlili döyərək, bədəninə xəsarət yetiriblər».

Çıxılmaz vəziyyətdə olan Quliyevin «102» xidmətinə zəng etmə təşəbbüsləri də alınmayıb. Sakinlər bildirir ki, onun telefonu icra hakimiyyətinin qoçuları tərəfindən əlindən alınaraq, sındırılıb.

Maraqlıdır ki, əlilin döyülməsi faktı rəsmiləşib. Belə ki, tibbi yardım üçün müraciət etdiyi Kliniki Tibbi Mərkəzdə Qabil Quliyevə döyülməsini və xəsarətlərini təsdiqləyən müvafiq arayış verilib.

Bildirək ki, bu xəbər yayılandan sonra yerli icra hakimiyyətinin işçiləri əl-ayağa düşüblər. Ona görə yox ki, etdikləri əmələ görə, peşman olublar və əlilin problemini həll edəcəklər. Onları narahat edən hadisənin citimailəşməsi olub və hətta bu səbəbdən bəzi media nümayəndələrinə hədə-qorxu da gəliblər.

Konkret olaraq Şabran şəhər İcra hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Fikrət bəyin bu əsnada xüsusi fəallıq nümayiş etdirdiyi bildirilir. Başçının müavini hətta haqqı tapdanan, özü isə döyülən əlil barəsində, “onun səsini elə kəsəcəyik ki, bir daha çıxmayacaq” ifadəsini də işlədib.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, yerli icra hakimiyyətinin tapşırığı ilə şikayətçi düşən əlil Qabil Quliyev sığındığı qocalar evində girov tutulur. İcra hakimiyyətindən qocalar evinin rəhbərliyinə Quliyevin heç yerə buraxılmaması barədə göstəriş də verilib.

Hər halda, Şabran rəhbərliyinin bu əməlinə dövlətin müvafiq qurumları reaksiya verməlidir. Qarşı tərəfi də dinləməyə hazırıq...

ŞİKAYƏTÇİ ƏLİLİ QOCALAR EVİNDƏ GİROV TUTURLAR
ŞİKAYƏTÇİ ƏLİLİ QOCALAR EVİNDƏ GİROV TUTURLAR


Geri qayıt