Əsas Səhifə > Gündəm, Manşet > SABİRABADDA HƏSƏN HƏSƏNOV ZÜLMÜ ƏRŞƏ QALXIB

SABİRABADDA HƏSƏN HƏSƏNOV ZÜLMÜ ƏRŞƏ QALXIB


3-10-2013, 08:38
SABİRABADDA HƏSƏN HƏSƏNOV ZÜLMÜ ƏRŞƏ QALXIB
BİRİNCİ MÜAVİN YERLİ SAKİNLƏRİN BÜTÜN PROBLEMLƏRİNİN NƏDƏNİ KİMİ...

DİA.AZ: - Sabirabad rayonunda başçının birinci müavini əməlli-başlı problemə çevrilib. Xatırladaq ki, keçən günlərdə də birinci müavin Həsən Həsnovla bağlı məlumt yaymışdıq. Qeyd olunurdu ki, hətta icra başçısının özü belə müavini ilə bacarmır. Yəni ənənəvi başçı-1-ci müavin qarşıdurması Sabirabadda da mövcuddur.

DİA.AZ bildirir ki, icra başçısı öz müavininin qarşısında aciz qalıb və hətta dəfələrlə Sabirabadın icra başçısı adından Həsən Həsənovla bağlı yuxarı instansiyalara müxtəlif şikayətlər ünvanlansa da, bu məsələdə heç bir tədbir görülməyib.

Məlumatlara görə, bunun səbəbi isə başçının birinci müavininin qoruma altında olmasıdır. Redaksiyamıza danışan qaynaq iddia edir ki, Həsən Həsənov hazırda Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamenti rəisin müavini postunu tutan Rəcəb Abas oğlu Babaşova güvənir. Həsən Həsənovun doğmaca bibisi oğlu olan Rəcəb Babaşovun isə bir vergi işçisi olaraq hansı imtiyazlara malik olduğunu təxmin etmək o qədər də çətin deyil.

Onu da xatırladaq ki, keçən günlərdə Həsən Həsənovun pulyığma kampaniyasına start verməsi barədə də bilgiləri diqqətinizə təqdim etmişdik. Bu barədə Dİ.AZ-a yazan sakinlər bildirirdi:

«Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bu gün Müdafiə Fonduna yardım edilməsi işini əməlli-başlı biznesinə çevirib. Bu həm dövlətə və həm də millətə xəyanətdir. Gərək necə insan olasan ki, ordu üçün, dövlətimizin müdafiəsi üçün yığılan pullarla bu cür rəftar edəsən».

Sakinlərin DİA.AZ-a yazdıqlarına görə, rayonda bütün büdcə təşkilatlarında çalışanların əməkhaqqılarından 1-5 faiz arasında məbləğ Müdafiə Fonduna görə tutulur: «Biz bundan narahat deyilik. Amma yardım etmək könüllülük işidir. Bu, könüllü şəkildə həyata keçirilməlidir. Lakin pultutma məcburidir ki, bu da şübhələri artırır.

Şübhələri artıran bir məqam da həmin pulların müqabilində kiməsə qəbzin verilməməsidir. Bu işə isə Həsən Həsənov rəhbərlik edir. O, bununla özünə əməlli-başlı sərvət də toplayıb. Öüzünüz təsəvvür edin, Sabirabad kimi rayonun bütün büdcə təşkilatı çalışanlarının əməkhaqqılarının 1-5 faizi arasındakı məbləğ Həsən Həsənova hansı imkanları qazandırır?»

Maraqlıdır ki, Həsən Həsənovun bununla bağlı etirazlara cavab olaraq «bu, xüsusi tapşırıqdır» dediyi də söylənilir.

İndi isə Həsən Həsənova qarşı daha bir ittiham səslənir. Buyurun, tanış olun, adam o qədər arxayındır ki, hətta rüşvəti aşkara istəyir...


Geri qayıt