Əsas Səhifə > Ölkə, Manşet > "HACI İBRAHİMƏ CİNAYƏT İŞİ AÇILMALIDIR"
"HACI İBRAHİMƏ CİNAYƏT İŞİ AÇILMALIDIR"2-10-2013, 14:55 |
ALİ MƏHKƏMƏ DƏ OLİQARXIN YANINDA DAYANDI DİA.AZ: - Qabaqcadan məlumat vermişdik ki, «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli Qazax rayonundan olan sahibkar Elşad Məmmədovun yarım milyon manata qədər vəsaitini mənimsəməkdə ittiham olunur. Və artıq iş məhkəmə instansiyaları tərəfindən çözülməkdədir. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, haqqı tapdanan sahibkar bu gün Ali Məhkəmədə də uduzdurulub. Belə ki, işə baxan hakim Qəhrəman Allahveridyev haqqın yox, haqqı tapadayanın yanında olub. Bu barədə DİA.AZ-a açıqlama verən Elşad Məmmədov bilidirir ki, əvvəlindən Ali Məhkəmənin belə bir qərar verəcəyini təxmin edirdi: “Onlar ilkindən arxayın idilər. Hər halda, hansısa hakim cəsarət edib 4 milyard dollara ada tikən Hacı İbrahim Nehrəmlinin əleyhinə qərar çıxara bilməzdi. Belə bir qərarın Azərbaycanda çıxarılması mümkün deyil. Azərbaycan məhkəmələri əslində yıxılana balta çalmaq üçün bir vasitədirlər. Yəni haqqı tapdananın haqqının tapdanması üçün Azərbaycan məhkəmləri bir alətdir, vasitədir. Ona görə də mən Azərbaycan hakimlərindən bir ədalət gözləmirdim. Mən əslində Hacı İbrahimə qarşı cinayət işinin açılmasını tələb edirdim və indi də bu tələbimdə israr edirəm. Çünki burada söhbət konkret cinayət əməlindən gedir. Cinayətkar da bəllidir, ona qarşı sübutlar daq yetərincədir”. Qeyd edək ki, artıq ali məhkəmə də Hacı İbrahim Nehrəmlinin xeyrinə qərar çıxarıb ki, sahibkar Elşad Məmmədov bu işlə əlaqədar Avropa İnsan Haqqları Məhkəməsinə müraciət etməyə hazırlaşır. Geri qayıt |