Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇILARININ QARA GÜNLƏRİNƏ AZ BİR VAXT QALIB

İCRA BAŞÇILARININ QARA GÜNLƏRİNƏ AZ BİR VAXT QALIB


2-10-2013, 11:54
İCRA BAŞÇILARININ QARA GÜNLƏRİNƏ AZ BİR VAXT QALIB
HARINLAMIŞ MƏMURLAR HAKİM DÜŞƏRGƏDƏN ÇIXDAŞ EDİLƏCƏKLƏR

DİA.AZ: - Son zamanlar bir sıra rayonların icra hakimiyyəti başçılarının sanki məqsədli şəkildə hakimiyyətə problemlər yaratması ilə bağlı təəssüratlar mövcuddur. Yəni seçki ərəfəsində iqtidarın ümumi maraqları hansısa məmurun narazı eloktoratın sıralarını genişləndirməsini tamamən yolverilməz hesab edirsə də, hətta bununla bağlı prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq xarakterli çıxışları mövcud olsa belə, yenə də gözləri doymayan onlarla işbaz məmur var ki, özlərindən daha çox hakimiyyəti hədəfə çevirirlər.

DİA.AZ-a hökumət içindəki mənbələrdən ötürülən informasiyalarda bildirilir ki, artıq bu cür məmurlara qarşı sərt şəkildə davranılma qərarı verilib ki, onların da böyük əksəriyyəti məhz icra başçılarıdır. Xatırladaq ki, rəsmi Bakının növbəti icra başçıları ələmələri prosesinə start verəcəyi ilə bağlı hələ xeyli əvvəlindən informasiyalar vermişdik. Məlumatlı mənbə bu xəbəri təsdiqləməklə yanaşı bildirdi ki, «vurulacaq» başçıların heyəti məhz prezidentin xəbərdarlığına uyğun tərzdə formalaşıb:

«Artıq onların kimlikləri də məlumdur. Siyahı tam hazırdır və bu işdə birbaşa olaraq dövlət başçısı maraqlı olduğundan, həmçinin prezidentin etdiyi xəbərdarlıqların icrası zərurəti yarandığından kiminsə hansısa səbəbdən və yaxud da hansısa məmurun çətiri altında olması nədənindən güzəştlə yola veriləcəyi gözlənilən deyil».

Mənbə iddia edir ki, sərt addımlara seçkilərdən dərhal sonra start veriləcək.

Geri qayıt