Əsas Səhifə > Siyasət, Manşet > SÖYÜN SADIXOVDAN AZƏRBAYCANA QARŞI DAHA BİR XƏYANƏT
SÖYÜN SADIXOVDAN AZƏRBAYCANA QARŞI DAHA BİR XƏYANƏT2-10-2013, 10:01 |
PUTİNİN NÜMAYƏNDƏSİ İRƏVAN SƏFƏRİNDƏN ÖNCƏ ƏLİKRAMLA GÖRÜŞÜB DİA.AZ: - Putinin Bakı səfərindən sonra emosiyaları sanki soyumuş olan Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti, iqtisad elmləri namizədi, biznesmen, Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxovla bağlı ilginc məlumat almışıq. Rusiyadakı syodaşlarımızın DİA.AZ-a ötürdüyü informasiyaya görə, Sadıxov İrəvana və Dağlıq Qarabağa səfəri etmiş separatçı Əlikram Hümbətovla Moskvada görüş keçirib. Məlumatı verən soydaşlarımız görüşün hansı səbəbdən və zərurətdən baş tutduğunu bilməsələr də, yalnız bir məqamı çatdırıblar ki, görüş Söyün Sadıxovun təşəbbüsü ilə baş tutub və Əlikram Hümbətov məhz bu görüşdən sonra İrəvana və Dağlıq Qarabağa səfər edib. Bir növ separatçı Söyün Sadıxov tərəfindən təlimatlandırılıb. Onu da bildirək ki, Əlikram Hümbətovun Rusiyanın Azərbaycana qarşı planlarında yenidən istifadə olunacağı ilə bağlı da müəyyən informasiyalar yayılmaqdadır. Və elə buna görə də Söyün Sadıxov kimi birisinin belə bir addımı atması heç də təsadüfi görünmür. Geri qayıt |