Əsas Səhifə > Güney Press / Manşet > ABİD ŞƏRİFOVA QARŞI RÜŞVƏT İTTİHAMI SƏSLƏNDİ

ABİD ŞƏRİFOVA QARŞI RÜŞVƏT İTTİHAMI SƏSLƏNDİ


1-10-2013, 16:17
ABİD ŞƏRİFOVA QARŞI RÜŞVƏT İTTİHAMI SƏSLƏNDİ
DİA.AZ: - Sentyabrın 28-də Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı oldu.

Qeyd edək ki, Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasına 2007-ci ildə başlayıb. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişçisi olduğu həmin layihəni “Azərkörpü” - indi Avropa-Asiya İnşaat Korporasiyası “Yevraskon” Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirib.

Keçən günlərdə “Azərkörpü” ASC-nin fəaliyyətinə dair diqqətinizə təqdim etdiyimiz faktlarda xüsusi olaraq diqqət mərkəzinə çəkilən məqamlardan biri də ASC rəhbərliyinin iri həcmli dövlət sifarişlərinin alınması üçün keçirilən tenderlərdə mütəmadi olaraq qalib çıxması halı idi. Bu xüsusda DİA.AZ-a təqdim olunan məlumatlarda ASC-nin 51% səhmlərinə nəzarət edən Əfəndi İsmiyevin bu tenderləri qazanmaq üçün əl atdığı üsullar böyük şübhə altına alınırdı. Göstərilirdi ki, bu üsullardan biri ASC-ni xüsusi himayə etməsi ilə seçilən Abid Şərifovla isti münasibətlərin qorunub-saxlanmasından ibarətdir. Yeni aldığımız məlumatlarda isə mənbə Ə.İsmiyevin bu məqsədə nal olmaq üçün hansı vasitələrə əl atması barədə bəzi təfərrüatlar da təqdim edir. İlk növbədə qeyd olunur ki, son vaxtlar Əfəndi İsmiyev müxtəlif məclislərdə, həmçinin yaxın ətrafının əhatəsində Baş nazirin müavininə etdiyi bahalı hədiyyələrdən danışmağa çox üstünlük verir.

Onun dediyinə görə bu hədiyyələr Abid Şərifova dəbdəbəli və son dərəcə bahalı layihələr əsasında inşa edilmiş villalar şəklində təqdim olunur. Məlumatlara görə A.Şərifov üçün “Azərkörpü” ASC-yə ayrılmış vəsaitlər hesabına tikildiyi iddia olunan axırıncı belə villalardan birinin 15 milyon manata başa gəldiyi qeyd olunur. Maraqlıdır ki, Ə.İsmiyevin bu mövzuda apardığı hər yeni söhbət zaman baxımından “Azərkörpü” ASC-nin növbəti iri həcmli tenderi qazanması ilə üst-üstə düşür.

Lakin mənbələr iddia edirlər ki, bu bahalı bəxşişlərin sayəsində Ə.İsmiyev sadəcə tenderləri qazanmaqla kifayətlənmir. Bildirilir ki, ASC tərəfindən bu və ya digər dövlət sifarişinin icrası zamanı həyata keçirilən müxtəlif maxinasiyalar və nəticədə yer alan dövlət vəsaitlərinin mənimsənilməsi halları da Ə.İsmiyevin yüksək çinli himayədarı tərəfindən ört-basdır olunur. Ə.İsmiyev isə bunun müqabilində A.Şərifova heç də borclu qalmadığını təkidlə vurğulayır.

DİA.AZ-a daxil olan məlumatlarda göstərilir ki, bir müddə əvvəl “Avropa” otelinə yaxın ərazidə yerləşən və həmçinin A.Şərifova məxsus olan daha bir villada baş vermiş böyük yanğın da Ə.İsmiyevə öz himayədarına qarşı növbəti dəfə dostluq münasibətlərini isbatlamaq üçün əlverişli şərait yaratmış oldu. Belə ki, villanın yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşmüş dam örtüyü və binanın digər zədələnmiş hissələri də məhz “Azərkörpü” ASC-nin imkanları hesabına təmir və bərpa olunmuşdur. Maraqlıdır, görəsən tək bu təmirin özü dövlətə hansı qiymətə başa gəlmişdir?

Lakin bütün bunlarla yanaşı mənbələr Əfəndi İsmiyevin özünə məxsus olan ev və villaların qiymətləri barədə açıqlama verməyi qətiyyən sevmədiyini də vurğulayırlar. Halbuki, ASC rəhbərinin özünə, oğluna və digər ailə üzvlərinə məxsus olan bu villaların qiymətləri hədiyyə olunan evlərin qiymətindən çox da geri qalmır...

Qarşı tərəfində mövqeyin dinləməyə hazırıq

Geri qayıt