Əsas Səhifə > Sosial, Manşet > ŞOK: RƏSUL QULİYEV HAKİMİYYƏTLƏ GİZLİ DANIŞIQLARDA

ŞOK: RƏSUL QULİYEV HAKİMİYYƏTLƏ GİZLİ DANIŞIQLARDA


1-10-2013, 12:35
ŞOK: RƏSUL QULİYEV HAKİMİYYƏTLƏ GİZLİ DANIŞIQLARDA
KEÇMİŞ SPİKER VƏTƏNƏ DÖNƏ BİLMƏSİ ÜÇÜN RƏSMİ BAKI İLƏ ANLAŞIR

DİA.AZ: - Prezident seçkiləri ərəfəsində müxtəlif manevrlər edən keçmiş spiker, Açıq Cəmiyyət Partiyasının ABŞ-da mühacir həyatı yaşayan lideri Rəsul Quliyev yenidən Azərbaycana dönə bilməsi üçün danışıqlara başlayıb. Bu şok məlumatı DİA.AZ-a çatdıran mötəbər mənbə iddia edir ki, Rəsul Quliyevin adından onun partiyasından səlahiyyət verdiyi şəxslərdən biri Azərbaycan Prezident Administrasiyasının yüksək vəzifəli şəxslərindən biri ilə gizli danışıqlardadır.

Mənbə iddia edir ki, danışıqların əsas predmeti Rəsul Quliyevin Azərbaycana qayıdışına hakimiyyətin razılığının alınmasıdır: «Hələlik tərəflər arasında iki dəfə görüş baş tutub. Rəsul Quliyevdən iqtidarın çox ciddi gözləntiləri var. Daha dəqiqi, hakimiyyət keçmiş spikerin qarşısında ağır şərtlər qoyub və bu şərtlərin müqabilində onun Azərbaycana dönüşünə razılıq verilə bilər».

Şərtlərin nədən ibarət olması ilə bağlı heç bir bilgi əldə edə bilməsək də, Rəsul Quliyevin artıq bu barədə düşünməyə vaxt istədiyi də gələn xəbərlər sırasındadır.

Geri qayıt