Əsas Səhifə > Gündəm, Manşet > ASTARA GÖMRÜYÜ SAHİBKARI DİVARA DİRƏYİB

ASTARA GÖMRÜYÜ SAHİBKARI DİVARA DİRƏYİB


1-10-2013, 12:04
ASTARA GÖMRÜYÜ SAHİBKARI DİVARA DİRƏYİB
145 MİN MANATLIQ MALIN MÜQABİLİNDƏ 30 MİN MANAT RÜŞVƏT İSTƏNİLİR

DİA.AZ: - Astara gömrükxanası ilə bağlı redaksiyamıza daha bir şikayət məktubu daxil olub. Gəncədə yaşadığı deyən Əliyev Səxavət Məzahir oğlu bildirir ki, iki həftə əvvəl İrandan Azərbaycana gətirmək istədiyi meyvə və tərəvəz dolu iki tır maşını bu müddət ərzində qanunsuz olaraq Astara gömrükxanasında saxlanılır.

Sahibkar DİA.AZ-a yazır: «Azərbaycanda hələ elə bir qanun qəbul olunmayıb kim hansı meyvəni, hansı tərəvəz növünü gətirə bilər, hansını gətirə bilməz. Amma deyəsən, Astara gömrükxanasında özəl qanunlar var.

Mən ilk dəfə idi ki, meyvə-tərəvəz alveri ilə məşğul olmağa başlamışdım. Və bu məqsədlə bankdan hətta 50 min manat kredit də götürmüşəm. Amma vəziyyət bu şəkildə davam edərsə, gətirdiyim məhsulum batacaq və mən müflisləşəcəm. Çünki Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədov məndən 145 min manatlıq malın müqabilində 30 min manat rüşvətt tələb edir. Halbuki mənim o qədər rüşvət ödəməyə pulum yoxdur. Bildirim ki, həmin pulu rüsumdan əlavə olaraq verməliyəm».

Sahibkar bildirir ki, bununla bağlı Bakıda mətbuat konkransı da keçirməyə hazırlaşır: «Məndən Hikmət Məmmədovun adından pul istəyənlərin səslərini də yazmışam. Və bunu ictimaiyyətə təqdim edəcəm. Başqa bir çıxış yolum qalmayıb. Hüquq-mühafizə orqanlarına müraciət etsəm də, hələ cavab verən yoxdur. Ona görə də mətbuatdan kömək istəmək zorundayam».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt