Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV MƏSƏLƏSİ İQTİDARI İKİYƏ BÖLÜB?
ELŞAD ABDULLAYEV MƏSƏLƏSİ İQTİDARI İKİYƏ BÖLÜB?1-10-2013, 09:38 |
KEÇMİŞ REKTOR SAXLANILDI VƏ SONRADAN YENƏ DƏ AZADLIĞA BURAXILDI DİA.AZ: - Artıq «Ölməz Kaşey» kimi bir neçə dəfə həbsi barədə xəbəri yayılan, amma hər dəfəsində «mən azadlıqdayam» deyib yeni videolarını yaymaqla azadlığını sübutlayan fəaliyyətim dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin dünən yenidən Fransa polisi tərəfindən saxlanılması və Bakıdan edilən bir zənglə, sonradan azadlığa çıxması barədə xəbərlər yayılıb. Hər halda, bu gün iqtidar düşərgəsinin toplu halda hədəfinə çevirən sabiq rektorun Bakıda himayədarlarının olması barədə informasiyalar ilk dəfə deyil ki, yayılır. DİA.AZ-a Avropada yaşayan soydaşlarımız tərəfindən ötürülən informasiyada qeyd olunur ki, dünən günorta saatlarında Fransa polisi təkrar olaraq Elşad Abdullayevi həbs edib və ona interpol tərəfindən axtarışda olması barədə məlumat verilib. Mənbə bu arada şok iddiada bulunur: «Maraqlıdır ki, Elşad Abdullayev məhz Azərbaycandan edilən telefon zəngindən sonra sərbəst buraxılıb. Hər halda, buna hətta Fransanın hüquq-mühafizə orqanları belə heyrətlənməyə bilməzlər. Çünki Azərbaycan rəsmən bu adamı beynəlxalq axtarışa verir, həm də hansısa yüksək çinli dövlət məmurumuz Elşad Abdullayevi həbsdən qurtarır». Bildirək ki, artıq bu barədə Bakıda da məlumatlıdırlar və məsələ ciddi şəkildə narazılıq yaratdığından araşdırmaa götürülüb. Onu da xatırladaq ki, Elşad Abdullayev hansısa başqa cinayət əməlinə görə yox, orqan alveri ittihamı səbəbindən beynəlxalq axtarışa verilib. Dünən bu ittihamla bağlı ilk məhkəmə hökmü çıxarılıb və Elşad Abdullayev axtarışda olduğundan, onunla bağlı hüquqi qərar verilməmiş qalıb. Qeyd edək ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılovanın cinayət işi üzrə məhkəmə keçirilib. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsitrləndirilən şəxsə hökm oxunub. Məhkəmə Dilarə İsmayılovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etməklə 2 il müddətinə şərti cəza verib. İttiham aktına görə, 2009-cu ilin mart-dekabr aylarında Ukraynadan Azərbaycana gətirilmiş təqsirkar şəxslərdən maddi cəhətdən asılı olan donorlardan qanunsuz olaraq böyrəkləri götürülüb. 11 nəfər İsrail, 1 nəfər Fransa və 1 nəfər ABŞ vətəndaşları olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaradılıb, həmçinin Dilarə İsmayılova hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparmadan ümumilikdə 130 min dollar pulu alaraq Mərkəzin kassasına mədaxil etmədən Elşad Abdullayevə verib. Geri qayıt |