Əsas Səhifə > Cəmiyyət > QARABAĞ BLOKU HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ

QARABAĞ BLOKU HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ


18-01-2012, 16:35
QARABAĞ BLOKU HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ

HEÇ BİR SAHƏDƏ AZADLIQ YOXDUR

“Azərbaycanda siyasi hüquqların pozulması artıq ənənə halını almışdır. Siyasi hakimiyyət öz rəqiblərinin normal fəaliyyət göstərməsinə şərait yaradmaq əvəzinə bütün vasitələrdən istifadə edərək onlara maneə olmağa çalışır. Sadə vətəndaşlara müxtəlif formada edilən təziq və təqiblər nəticəsində müxalifət partiyalarına və ya onlara yaxın olan QHT-lərə icarəyə verilən ofislər elə həmin əmlak sahibləri tərəfindən heç bir tutarlı arqument göstərilmədən, bu təşkilatlardan geri alınır” .

Bu bəyanatla Qarabağ bolku çıxış edib. Bəyanatda qeyd olunur ki, dünən, Ümid Partiyasının Sumqayıt şəhər təşkilatının ofisinin əlindən alınması bunun bariz nümunəsidir. Qarabağ Bloku olaraq hesab edirik ki, baş verən sonuncu isident Azərbaycanda həm siyasi hüquqların pozulması həm də vətəndaşların öz əmlakı barədə sərbəst sərəncam vermək hüququnun pozulması faktdır.

Əslində baş verənlərin gerçək səbəbi Ümid Partiyasının Sumqayıt şəhər təşkilatının öz ofisində digər bir müxalifət partiyasına AXCP-yə tədbir keçirmək üçün yer verməsidir. Beləki 15 yanvar 2012-ci il tarixində AXCP rəhbərliyi sözü gedən ünvanda Sumaqayıt şəhər partiya fəalları ilə görüş keçirməyi planlaşdırmışdır.

Qarabağ Bloku hakimiyyəti ölkədə siyasi fəaliyyəti qeyri-qanuni yollarla məhdudlaşdırmamağa və beynəlxalq aləmi isə baş verən bu faktlara dərhal reaksiya verməyə çağırır.

Qarabağ Bloku 2013 –cü ildə Azərbaycanda nöbəti seçkinin - prezdent seçkisinin keçiriləcəyini nəzərə alaraq bəyan edir ki, ölkədə siyasi prülarizmə və sərbəst toplaşmaq azadlığına şəraitin yaradlıması mövcud iqdidarın konstitusion borcudur və o öz üzərinə düşən vəzifələri icra etsə daha məqsədə uyğun olar.


Geri qayıt