Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ ƏHMƏDOVUN SEÇKİ DEBÜTÜ UĞURLU ALINMAYIB

ƏLİ ƏHMƏDOVUN SEÇKİ DEBÜTÜ UĞURLU ALINMAYIB


30-09-2013, 11:16
ƏLİ ƏHMƏDOVUN SEÇKİ DEBÜTÜ UĞURLU ALINMAYIB
BUNA GÖRƏ DƏ ƏNƏNƏVİ QÜVVƏLƏR YENİDƏN SÜKAN ARXASINA KEÇİBLƏR

DİA.AZ: - Hakimiyyət daxilindəki ikitirəlik hələ də davam edir. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, seçkilərlə bağlı siyasətə münasibətdə bu parçalanma daha da dərinləşib.

Mənbənin söylədikləri: «Məlumdur ki, prezident seçkiləri bu gün hakim partiyadakı qüvvələrin nəzarəti altında cərəyan edir. Fyaktiki olaraq Prezident Administrasiyası rəhbərliyi proseslərin dışında tutulub. Amma buna rəğmən YAP rəhbərliyinin gücünün yetərli olmadığı da ortaya çıxdı. Ən azından təcrübə öz sözünü demiş oldu».

Məlumatı verən qaynaq bildirir ki, hakimiyyət hər zaman seçkilərə kompleks yanaşıb: «Yəni burada məsələ təkcə seçicilərin səsvermə qutusuna bülleten atması ilə yekunlaşmır. Bu cür hakimiyyət mövqelərini qorumayıb. Hər halda, bu seçkidə debütünü edən YAP rəhbərliyinin ilişdiyi məqam da məhz bu oldu. Ona görə də ənənəvilər yenidən sükan arxasındadırlar və YAP rəhbərliyinin işi yenidən ənənəvilərin diqtəsi ilə proseslərdə sadəcə olaraq icraçı funksiyasını həyata keçirməkdən ibarətdir».

DİA.AZ-a daxil olan məlumatlardan o da anlaşılır ki, vəziyyətin belə bir məcraya yön alması özünü prezident seçkilərindən sonra iqtidar daxilində gözlənilən dəyişikliklərdə də birbaşa göstərmiş olacaq: «Ənənəvilərə yenidən müraciət olundu ki, bu da onların indiki şəraitdə əvəzedilməzlikləri təəssüratını yaradır. YAP işi bacarmadı. Bunun nəticəsi seçkidən sonraya birbaşa təsir edəcək. Hər halda, YAP-ın icra katibi Əli Əhmədov dövləti vəzifə ilə bağlı maraqlarını daha bir neçə illik ertələməli olacaq».

Geri qayıt