Əsas Səhifə > Partiya, Manşet > MÜXALİFƏTDƏN CİDDİ İQTİDAR TƏDARÜKÜ

MÜXALİFƏTDƏN CİDDİ İQTİDAR TƏDARÜKÜ


18-01-2012, 16:22
MÜXALİFƏTDƏN CİDDİ İQTİDAR TƏDARÜKÜ

ƏLİ KƏRİMLİ BİRLƏŞMİŞ PARTİYAYA SƏDR, İSA QƏMBƏR PREZİDENTLİYƏ NAMİZƏD!

DİA.AZ: - Neçə müddətdir ki, Müsavat başqanı İsa Qəmbərin partiyanın rəhbərliyindən getmə məsələsi mətbuatda çox ciddi şəkildə müzakirə olunur. Doğrudur, bəzi müsavatçılar İsa Qəmbərin başqan postunda saxlanılması üçün partiyanın nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsini təklif edirlər. Bir başqa xəbərlərdə isə bildirilir ki, ümumiyyətlə qarşıdan gələn qurultayda başqanlıq məsələsi müzakirə olunmayacaq. Hər halda, Müsavat daxilində bir gərginliyin yaşanması faktı realdır.

Onu da bildirək ki, bu arada Müsavatın İctimai Palatadakı əsas müttəfiqi olan AXCP-dən az qala çıxış yolunu xatırladan bir təklif də verilib. Əslində təklif köhnədir. Söhbət Müsavatla AXCP-nin eyni təşkilat altında birləşməsindən gedir. Artıq bu barədə AXCP tərəfinin rəsmi mövqeyi və yekun qərarı mövcuddur və partiya tərəfindən verilən qərarda bu birlik təqdir olunur.

Söz sırası isə çoxdandır ki, Müsavatdadır. Və bu barədə redaksiyamıza müxalifət içindəki məlumatlı qaynaqlardan ötürülən informasiyada vurğulanır ki, əslində AXCP-nin bu təklifi Müsavat başqanı İsa Qəmbərin əss planlarından birini ehtiva etməkdədir. Mənbəmiz bildirir ki, artıq bu barədə çciddi danışıqlar aparılır.

Xatırladaq ki, buna qədər də mətbuatda AXCP ilə Müsavatın birləşməsi nəticəsində yaranacaq yeni partiyanın sədri kimi Əli Kərimlinin, partiyanın lideri və prezidentliyə namizədi kimi İsa Qəmbərin adı çəkilməkdə idi. İndi isə bu barədə yekun qərarın verildiyi bildirilir. Bir maraqlı məqam var ki, artıq bu işə Azərbaycanın demokratikləşməsində maraqlı olan beyəlxalq qurumlar da cəlb olunub.

Mötəbər mənbələrdən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, hətta partiyaların birləşəcəyi təqdirdə ciddi beynəlxalq dəstək də vəd olunub: «Söhbət hərtərəfli dəstəkdən gedir. Hətta bu günlərdə sözügedən birliyin nümayəndələri ilə beynəlxalq qurum təmsilçilərindən birinin arasında gedən danışıqda müxaliflərə belə bir vəd də verilib: «Siz gedin birləşin, həm də o deməkdir ki, hakimiyyətə hazırlaşın». Hər halda bu ciddi bir ismarıcdır və artıq tərəflər bu səbəbdən birlik müstəvisində görünməmiş fəallıq nümayiş etdirirlər».

Mənbəmiz onu da bildirdi ki, hər şey özünü Müsavat partiyasının gözlənilən qurultayında göstərəcək: «Həmin qurultayda əgər birlik qərarı verilərsə, kimsə təəccüblənməsin. Bu həm də o deməkdir ki, artıq Qərb Azərbaycanda hakimiyyət dəyişikliyi düyməsini basıb».


Geri qayıt