Əsas Səhifə > Gündəm, Manşet > SABİRABADDA İCRA BAŞÇISI MÜAVİNLƏ BACARMIR
SABİRABADDA İCRA BAŞÇISI MÜAVİNLƏ BACARMIR30-09-2013, 10:03 |
BİBİSİ OĞLUNA GÜVƏNƏN HƏSƏN HƏSƏNOV BUA GÖRƏ, RƏSMƏN İSTƏYİNİ EDİR DİA.AZ: - Sabirabad rayonundan redaksiyamıza şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar DİA.AZ-a yazırlar ki, rayonda rəsmən özbaşınalıqdır. Sakinlər bildirir: «Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bu gün Müdafiə Fonduna yardım edilməsi işini əməlli-başlı biznesinə çevirib. Bu həm dövlətə və həm də millətə xəyanətdir. Gərək necə insan olasan ki, ordu üçün, dövlətimizin müdafiəsi üçün yığılan pullarla bu cür rəftar edəsən». Sakinlərin DİA.AZ-a yazdıqlarına görə, rayonda bütün büdcə təşkilatlarında çalışanların əməkhaqqılarından 1-5 faiz arasında məbləğ Müdafiə Fonduna görə tutulur: «Biz bundan narahat deyilik. Amma yardım etmək könüllülük işidir. Bu, könüllü şəkildə həyata keçirilməlidir. Lakin pultutma məcburidir ki, bu da şübhələri artırır. Şübhələri artıran bir məqam da həmin pulların müqabilində kiməsə qəbzin verilməməsidir. Bu işə isə Həsən Həsənov rəhbərlik edir. O, bununla özünə əməlli-başlı sərvət də toplayıb. Öüzünüz təsəvvür edin, Sabirabad kimi rayonun bütün büdcə təşkilatı çalışanlarının əməkhaqqılarının 1-5 faizi arasındakı məbləğ Həsən Həsənova hansı imkanları qazandırır?» Maraqlıdır ki, Həsən Həsənovun bununla bağlı etirazlara cavab olaraq «bu, xüsusi tapşırıqdır» dediyi də söylənilir. DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, əslində Həsən Həsənovun güvəndiyi yer olduğundan hətta icra başçısı belə onunla rəqabətdə uduzur. Məlumatlı mənbə iddia edir ki, dəfələrlə Sabirabadın icra başçısı adından Həsən Həsənovla bağlı yuxarı instansiyalara müxtəlif şikayətlər ünvanlansa da, bu məsələdə heç bir tədbir görülməyib. Məlumatlara görə, bunun səbəbi isə başçının birinci müavininin qoruma altında olmasıdır. Redaksiyamıza danışan qaynaq iddia edir ki, Həsən Həsənov hazırda Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamenti rəisin müavini postunu tutan Rəcəb Abas oğlu Babaşova güvənir. Həsən Həsənovun doğmaca bibisi oğlu olan Rəcəb Babaşovun isə bir vergi işçisi olaraq hansı imtiyazlara malik olduğunu təxmin etmək o qədər də çətin deyil. Qarşı tərəfin mövqe ifadəsi üçün cəhd etsək də, alınmadı. Amma yenə də dinləməyə hazırıq… Geri qayıt |