Əsas Səhifə > Hadisə > BAŞ REDAKTOR MƏHBƏSDƏN EVƏ BURAXILMADI
BAŞ REDAKTOR MƏHBƏSDƏN EVƏ BURAXILMADI18-01-2012, 16:03 |
ƏVƏZ ZEYNALLININ İŞİ ÜZRƏ VƏSATƏTƏ BAXILDI Yanvarın 18-də Nəsimi Rayon Məhkəməsi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının vəkillərinin təqdim etdiyi vəsatətə baxıb. Vəkillər məhbus baş redaktorun ev dustaqlığına buraxılmasını istəyirdilər. “Media forum” saytı bildirir ki, vəsatət təmin olunmayıb. Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də üç aylığa həbs edilib. Yanvarın 17-də həbs müddəti daha üç ay uzadılıb. Baş redaktor külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham olunur. Geri qayıt |