Əsas Səhifə > Hadisə, Manşet > NAXÇIVAN KLANI HAKİMİYYƏTƏ QARŞI
NAXÇIVAN KLANI HAKİMİYYƏTƏ QARŞI18-01-2012, 15:25 |
RƏSUL QULİYEV MƏMURLARDAN MALİYYƏ DƏSTƏYİ İSTƏYİB DİA.AZ - Neçə müddətdir ki, fəallaşan keçmiş parlament sədri Rəsul Quliyevlə bağlı redaksiyamıza olduqca ilginc məlumatlar daxil olub. Belə ki, bildirilənə görə, Açıq Cəmiyyət Partiyasının mühacirətdə olan lideri yeni yaratdığı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının maliyyələşdirilməsi məqsədilə hakim komandanın Naxçıvan klanı ilə danışıqlar aparır. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.site) məlumatlandıran hakimiyyət içindəki qaynaq bildirir ki, Rəsul Quliyevin hələ də Naxçıvan klanı arasında böyük nüfuzu var: «Məlumdur ki, bu hakimiyyətiçi qruplaşma uzun müddətdir ki, sıxışdırılır. Hətta bu klana aid rıçaqlar da davamlı olaraq məhdudlaşdırılıb. Əgər mərhum prezident Heydər Əliyevin dönəmlərində Naxçıvan bölgəsi mənsubları az qala xüsusi imtiyazlara malik idilərsə, indi belə bir əlahiddəlik gözə dəymir. Ki, bu da təbii olaraq Naxçıvan klanının zaman-zaman bu hakimiyyətdən narazı salınmsına gətirib çıxarıb». Mənbəmiz xatırladır ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, sabiq Milli Təhlükəsizlik Naziri Namiq Abbasov bu klanın ən ciddi itgilərindən olsa da, hakimiyyətiçi Naxçıvan qruplaşmasının itirdikləri tək bunlar olmadı: «Belə olan şəraitdə bu klanın Rəsul Quliyevi öz lideri kimi qəbul etməsi kifayət qədər təbii qarşılanmalıdır. Çünki siyasi baxımdan digər regionlarımızla müqayisədə hər zaman fəal olan Naxçıvan bölgəsi mənsublarınrın ictimai-siyasi proseslərdən asanlıqla təcrid olunması qeyri-mümkündür». Əldə etdiyimiz məlumatlara görə, artıq hakimiyyət içindəki naxçıvanlılar Rəsul Quliyevə dəstək verilməsi üçün hətta ayrıca fond da yaradıblar: «Bu yonda məmurlarla yanaşı, əslən Naxçıvandan olan bəzi iş adamlarının da maliyyə yardımı edəcəyi gözlənilir. Əldə olunan vəsait isə Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına yönəldiləcək». Mövzu diqqətimizdədir… Geri qayıt |