Əsas Səhifə > Hadisə > CƏMİL HƏSƏNLİNİN ŞƏKLİNİ CIRANI POLİS YAXALADI
CƏMİL HƏSƏNLİNİN ŞƏKLİNİ CIRANI POLİS YAXALADI28-09-2013, 12:15 |
Azərbaycanda prezidentliyə namizədin şəklini cıran daha bir nəfər həbs edilib. Nərimanov Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 30 yaşlı Şahin Şamil oğlu Rzayev dünən paytaxtın Ağa Nemətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən tablodan prezidentliyə namizəd Cəmil Həsənlinin şəklini cırarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində protokol tərtib edilərək materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş. Rzayev 25 sutka inzibati həbsə məhkum edilib. Qeyd edək ki, bir neçə gün əvvəl AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli də prezidentliyə namizədlərin şəkillərini cırdığı üçün 25 sutka inzibati həbsə məhkum edilib. Geri qayıt |