Əsas Səhifə > Şou-biznes > NADİR QAFARZADƏNİ DƏ MƏHKƏMƏYƏ VERİRLƏR

NADİR QAFARZADƏNİ DƏ MƏHKƏMƏYƏ VERİRLƏR


28-09-2013, 10:57
NADİR QAFARZADƏNİ DƏ MƏHKƏMƏYƏ VERİRLƏR
Gənc müğənni və bəstəkar Samir Vida istedadlı və gözəl musiqi duyumuna malik olan bir gəncdir. O, yaxın illər ərzində bir-birindən gözəl bir neçə mahnılar bəstələyib ərsəyə gətirmişdir. Sözləri və musiqisi Samir Vidanın özünə məxsus olan və son günlər gündəmdə olaraq xit mahnılardan birinə çevrilən “ Sənin üçün” mahnısı da bu mahnılardan biridir. Oxumeni.az xəbər verir ki, Samir Vida bu mahnını 2011-ci ildə bəstələmiş və 2012-ci ilin noyabr ayında səsyazma studiyalarından birində öz ifasında lentə aldırmışdır. Elə həmin vaxtdan da mahnını bir çox saytlarda paylaşmışdır. Mahnı müəllifinə böyük uğur gətirərək 10 ay müddətində 260.000 min dinləyici toplamışdır. Lakin həmişə olduğu kimi piratlıq yenə də öz işini görməkdədir. Belə ki, müəllifin sözlərinə görə, 27. 08. 2013-cü ildə tanınmış müğənni Nadir Qafarzadə və Ayan Babakişiyeva Samir Vidanın “Sənin üçün” mahnısını müəllifdən icazə almadan radio 106.3-də duet oxumuşlar. Bunu eşidən müəllif həmin radioya zəng edərək mahnının ona məxsus olduğunu və ondan heç bir icazə və halallıq alınmadığını bildirib. Aparıcı araşdırma aparandan sonra mahnının həqiqətən Samir Vidaya məxsus olduğunu dəqiqləşdirib. Bundan sonra mahnı öz müəllifinin ifasında da həmin radioda səsləndirilməyə başlayıb. Ardınca aparıcı Nadir Qafarzadə ilə əlaqə yaradaraq bu məsələyə aydınlıq gətirməsini istəyib.

“Nadir Qafarzadə halını pozmadan bu mahnının onların ifasında yaxşı səsləndiyini bildirdi. Aparıcının “ İcazə üçün müəllifin özü ilə əlaqə saxlamaq və görüşmək istəyərdinizmi” sualına Nadir Qafarzadə “ xeyr, hər-hansı bir meyxanaçı ilə mən görüşmürəm və ona zəng eləmirəm! - deyə cavab verdi. Aparıcı ilə danışıqdan 3 dəqiqə keçəndən sonra Nadir Qafarzadə mənə zəng edərək özünü təqdim etdi. Bildirdi ki, o mahnı bizim ifamızda yaxşı səslənib və hamı da bəyənib. Mən ona görüşmək təklif etdim. Nadir təklifdən imtina etdi. Ona dedim ki, müəlliflik hüququma görə müvafiq təşkilatlara müraciət edəcəyəm. N.Qafarzadə halını pozmadan “mən heç bir məhkəmədən qorxmuram, hara istəyirsən şikayət elə” - deyərək telefonu qapatdı”, - deyə şikayətçi müəllif tələbini dilə gətirdi: “Mənim mahnımı oxuyublar, çox yaxşı, ancaq halallıq, icazə almaq da lazımdır. Nadir Qafarzadə bir çox portallarda bildirir ki, guya mən onların hesabına populyar olmaq istəyirəm. Bəs onda N.Qafarzadə özü niyə bəyənmədiyi, hansısa meyxanaçı adlandırdığı mənim mahnımı həvəslə oxuyaraq pul qazanır? N.Qafarzadə mənə həm mənəvi, həm də maddi ziyan vurubdur. Mən adıçəkilən mahnımı Türkiyənin bir musiqi şirkəti ilə danışmışdım. Yaxın günlərdə yüksək qonorara müqavilə bağlayacaqdıq. Lakin məlum səbəblərdən müqavilə planlarım pozuldu. Mənə dedilər ki, mahnını başqaları oxuyur, ya da sən özün satmısan, ona görə də biz səninlə müqaviləni pozuruq”.

Geri qayıt