Əsas Səhifə > Cəmiyyət > İRANIN KEÇMİŞ SƏFİRİNDƏN SƏRT AÇIQLAMALAR

İRANIN KEÇMİŞ SƏFİRİNDƏN SƏRT AÇIQLAMALAR


18-01-2012, 14:58
İRANIN KEÇMİŞ SƏFİRİNDƏN SƏRT AÇIQLAMALAR

ƏFŞAR SÜLEYMANİ GƏNCƏDƏKİ TERRORÇU KÜRDLƏRİ NİŞAN VERDİ

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin “Qafqazinfo”ya müsahibəsi:

- İranla Amerika arasındakı gərginlik uzun illərdi davam edir. Son vaxtlar bu proses daha da gərgin fazaya daxil olub, sanksiyalar artıb. Deyirlər ki, nəhayət nə isə baş verə bilər?
- Siz qeyd etdiyiniz kimi İrana hücüm məsələsi uzun illərdir gündəmdədir. Mən Azərbaycana səfir gələn zaman, 2003-2004 cü illərdə də bu məsələ gündəmdə idi. Hətta o zaman düşünülürdü ki, bir iki ay içində hücum baş verəcək. Amma elə o zaman da mən deyirdim ki, hücum olmayacaq.

- Mənə müsahibənizdə demişdiniz ki, Amerika İrana hücum etməz, edə də bilməz…
- Mən həmin vaxt izahat vermişdim. Bu ona görə belə deyil ki, İranın hərbi qüvvəsi Amerikadan güclüdür. Elbəttə ki, Amerikanın hərbi gücü İranla müqayisə oluna bilməz. Amerika güclüdü və bunu bütün dünya bilir. Amerika NATO komadiridir. Bəlkə də Amerika indi elə qüvvələrə malikdir ki, onu hələ göstərməyib. Onlar döyüşü raketlərlə, səmadan vurma ilə, bir sözlə elektronik müharibə ilə apraırlar və hamısında qalib gəlirlər. (elbette maddi ve menevi ziyanlarda verirler) Amma hal-hazırda Amerika və bütün Avropa bu qərara gələ bilməz ki, İrana hücüm olunsun. Amerika Əfqanıstana, İraqa hücum edən zaman BMT-nın Təhlükəsizlik Şurasından razılq almışdı. Ancq indi Təhlükəsizlik Şurası İrana hücuma icazə verməz. Avropada elə Amerikanın daxilində də iqtisadi problemlər günü-gündən artır. İqtisadi səbəblər də bu hücumun olmasını çətinləşdirir. Amerika stategiyasında da dəyişikliklər edir. Çalışır ki, hərbi büdcəsini azaldsın. Məcburdu bunu etməyə. Bu səbəblərlə yanaşı Amerikanın Əfqanıstan və İraq müharibələrində əldə etdiyi təcrübə də əsas verir ki, o dərindən düşünsün. Əbəttə Amerika bu hücumlardan naliyyətlər əldə etdi. Hətta İran da bir sıra naliyyətlər əldə etdi. Eyni zamanda Amerikanın ziyanları da oldu. Elə bu səbəbdən Amerika ərab dünyasında son olan məsələlərə birbaşa müdaxilə etmədi. Liviyaya NATO-da qərar çıxandan sonar getdi. Orda ki, müxalfətə yardım olundu və hər halda bunu öz mənafeləri üçün etdilər.

Qarşıda prezident seçkilər gəlir. Demokrat Partiyası, Barak Obama düşünür ki, iqtisadi vəziyyəti Amerikda gücləndirsinlər və seçkilərdə qalib gəlsinlər. Neftin bahalaşması və fars körfəzində nəsə olarsa Amerikaya da ziyandır.

Rusiya faktoru da bu məsələdə öz sözünü deyir. Əlbəttə Rusiya hər zaman öz mənafeinə önəm verib. O, İranın üzərində Amerika və Avropa ilə alverini edib. Amma elə Rusiyada da bu il prezident seçkiləri keçiriləçək. Bu səbəbdən Rusiya da bu hücuma razı olmaz. Çin də bir güc olaraq razı olmayacaq. İrana embarqo qoyulmasına dair qətnamələrə həm Rusiya, həm Çin səs vermiş ola bilər. Amma hücum məsəlsinə nə Çin, nə də Rusiya səs verməz.

- Yəni siz deyirsiz ki, Rusiya və Çin İranın yanındadır?
- Onlar İranın yox, öz mənafelərinin yanındadırlar. Demakratik ölkələrin sabit dostu və düşməni yoxdur. Sabit olan ancaq mövqeləridir.


- Həyatda da, cəmiyyətdə də, diplomatiyada da praqnozlaşdırılmamış məsələlər var. Bu gün dost olan ölkələr, qısa müddət sonar düşman olur. Gəlin belə bir fikir yürüdək ki, Amerika İrana hücum etdi. İranı məğlub etmək, İrandaki rejimi dağıtmaq mümkündürmü?
- Siz deyirsiz fərz edək ki, hücum olub?


- Bəli
- Fəlsəfədə belə bir şey var. Bir şeyin olması mümkün deyilsə belə, fərz etmək ki, mümkündür. Siz bu prizmadan baxırsız. Fərz edək ki, hücum oldu. Təbbi ki, ziyanı İran görəcək. İran da ziyan vura biləcek Müqayisə edəndə onlar 10 dəfə ziyan vuranda, İran ikisini vura bilər. Onlar uzaqdan, raketlərlə bizi vura bilərlər. Ancaq hər kəsə aydındır ki, İranın antiradar sistemi yoxdur. İran da raket ata bilər, amma atılan hər raketlerin hamisinin hədəfə dəyməsi çətin məsələdir. İran ziyan görə bilər. Düşünmürəm ki, hakimiyyət devrilsin. İran xalqı, ümumiyyətlə bütün xalqlar xarici müdaxilə zamanı birləşir.


- Qaşıdan parlament seçkiləri gəlir. Ola bilərmi ki, İranda hakimiyyətin dəyişməsi baş versin?
- İki ay sonra parlament seçkiləri olacaq. Amma mən güman etmirəm ki, hakimiyyət dəyişilsin. Mən səfir olanda deyirdilər ki, Azərbaycanda “məxməri inqilab” olacaq. Ancaq belə bir şey olmadı.bunu men onceden tam shekilde bilirdim ve yazmishim Elə İranda da hakimiyyət dəyişikliyi gözlənilmir.


- Amerika ilə İranın arasında olan gərginlik başqa müstəvidə Azərbaycanla İranın arasında da hökm sürür. Biz dəfələrlə bu mövzuda sizinlə danışmışıq. Son olanlar göstərir ki, İran tərəfi bu gərginliyin olmasında həvəskardır və qıcıqlandırıcı rol oynayır. Siz necə düşünürsüz?
- Təxminən bir il bundan öncə “Qafqazinfo”ya verdiyim müsahibədə İran-Azərbaycan münasibətləri ilə bağlı, problemlərin həlli ilə əlaqədar təkliflər irəli sürdüm. Vəzifədə olan zaman da, indi də fikirlərimi bildirirəm. Mən belə düşünürəm ki, İranla Azərbaycan arasında qarşılıqlı etimadsızlıq hökm sürür. Bu edimadsızlığı real hərəkətlərlə və şəffaflıqla aradan qaldırmaq olar. Mən Məhəmməd Hatəminin zamanında səfir gəlmişdim və o zamanlar problemlər daha az idi. Biz problemləri çözməyə çalışırdıq. İndi arada olan etimadsızlığı danışıqlıqlar yolu ilə, qarşılıqlı addımlarla demirəm ki, 100%, amma 70% aradan qaldırmaq olar. Mən İranda da müsahibələrimdə demişəm, indi də deyirəm, iki ölkə bu vəziyyətdə olanda kənardakılər bundan sui-istifadə edir. Mən təəssüflə deməliyəm ki, tarixən İranla Azərbaycanı bağlayan çox nöqtələr var, istər mədəni baxımdan olsun, istər dini baxımdan. Azərbaycan və İran bir millət olub. Lakin bu nöqtələrədən düzgün istifadə olunmaması bu vəziyyəti yaradıb. Bir-birimizə yaxın olduğumuz halda uzaq düşürük. Gərək ki, biz bu müştərək nöqtələrdən istifadə edərək yaxınlaşaq. Azərbaycan düşünür ki, İran onun din məsələsinə qarışır və burada nə isə törətmək istəyir. Problem də elə bundan yaranır. Din bizim müşdərək nöqtəmizdi, ancaq yanlış istifadə olunur. Xarici siyasətimizə gəldikdə isə tam fərqli siyasət yürüdürük. Xarici siyasətdə müştərək nöqtə görmürəm. İki ölkə olaraq istəyirik ki, əməkdaşlıq edək. Amma real danışsaq…


- Nə danışaq? Siz deyirsiz ki, Azərbaycan İsraillə münasibət qurmasın!
- Mən bunu demirəm. Məncə İran və Azərbaycan müstəqil dövlətlər olaraq özləri bilər kimlə münasibət qursun, kimlə qurmasın. Bu hər dövlətin haqqıdır, hüququdur. İran rəsmi səviyyədə Azərbaycana bunu deməyib. Ola bilsin ki, hansısa ekspertlər, siyasətçilər bu fikiri ortaya atsın. Necə ki, Azərbaycanda deyirlər ki, İran Ermənistanla əlaqə qurmasın. Bax elə bu nöqtədə mən deyirəm ki, otursunlar müzakirələr aparsınlar və Azərbaycan bilsin ki, İranla Erməistan arasındaki münasibət onun əlehinə deyil. Qarşılıqlı olaraq Azərbaycanda İrana İsrailə olan əlaqələrini səviyyəsini başa salsın.
Son dövrlərdə İran mətbuatında yazılıb ki, İranda PPK ilə əlaqədə olan PJAK-dan bir sıra adamlar gəlib Gəncədə məskunlaşıb. Belə fikirlədə var ki, Səddamla birləşib İrana hücum çəkənlər, İranda onları “Münafiqin ordusu” adlandırırlar, onların da müəyyən hissəsi Gəncədədir. Əlbəttə qəzetdə hər yazılana reaksiya verilməməlidir. Amma şübhələr yaranır. Bunlar hamısı müzakirə olunmalıdır. Ola bilsin əksinə, yazsınlar ki, Azərbaycanın müxalifət qüvvələri İranda nə isə edirlər. Bu barədə danışıqlıqlar aparılmalıdır.


- İranda həm rəsmi, həm də qeyri-rəsmi şəxslər Azərbaycan hakimiyyətini, prezidenti tənqid edirlər və bəzən bu tənqid təhqir halını alır. Bunlar niyə baş verir?
- Əyri oturub, düz danışsaq bu tip fikirlər ilk olaraq Azərbaycanda yaranıb. Mən 20 ildir Azərbaycanla əlaqədəyəm. Xalq Cəbhəsi dövründə bu rəsmi xarakter almnışdı. Elçibəy İranın əlehinə siyasət yürüdürdü. Rəhmətlik Heydər Əliyevin dövründə bu məsələlər həll olundu. Lakin partiyalar tərəfində bunlar hələ də davam edir.


- Gəlin reallıq hissin itirməyək, mən demək isətəyirəm ki, İranın hansısa Ayətullahı, tutaq ki, Məkarim Şirazi, yaxud baş qərargah rəisi kimdir ki, İlham Əliyevi təhqir etsin, ondan ölkədə necə siyasət yürütməyi tələb etsin. Axı İran rəsmiləri nəyə görə reallıq hissindən uzaq olmalıdırlar? Bu axı gülünc görünə bilər?..
- Mən təhqir kəliməsindən bidadam. Heç kim, heç kimi təhqir etməməlidir. Hansı ölkədə olursa olsun təhqirin əlehinəyəm, amma söz azadlığının tərəfdarıyam. İranda ayətullahlar qədim zamandan, şah zamanında da, qacar zamanında da müstəqil olublar. Düzdü, indi İran İslam Respublikası olduğu üçün bəzi alimlər hakimiyyət meyillidirlər ya da hakimiyyətin içindədirlər. Amma elə alimlər var ki, hakimiyyətlə deyillər. Ayətullah Şirazi, Ayətullah Bəhcət və başqaları var ki, öz mövqeylərini deyirlər. Çünki yaşlıdılar, siz o cümlələri mənə desəniz mən anladaram ki, onlar təhqir yox təklifdir. Cümlənin deyilişinə də fikir vermək lazımdır. Onlar təklif edirlər, nəsihət verirlər. Müsəlmanlara aid öz fikirlərini bildirirlər, Azərbaycan olmasın, bir başqa müsəlman ölkəsi olsun. Elə Ayətullalar var ki, İranın hakimiyyətini tənqid edirlər.


- Ayətullahların sözü nə dərəcə ciddiyə alınmalıdır?
- Şiə ölkələrində belədir ki, hər Ayətullahın öz tərəfdaşı var. Hər bir Ayətullahın kitabı var. Onun tərəfdaşları ona inanır və hətta zəkatı ona verirlər ki, o, versin kimlərəsə. Ona inanırlar.

- Neçə Ayətullah var İranda?
- İranda Ayətullah kimi tanınmış on onbeş nəfəfər insan var.


- Azərbaycan yazıçısı Rafiq Tağı qətlə yetirildi. Azərbaycanda belə bir ictimai rəy var ki, İran Ayətullahları onun haqqında fətva veriblər və o, həmin fətvanın nəticəsində qətlə yetirilib. İranda bu məsələ nə dərəcdə cidid qəbul olundu?
- İranda da bu məsələyə toxunuldu. Rəhmətlik Rafiq Tağının “Sənət” qəzetində yazısı dərc olunmuşdu. O zaman, 2006-cı ildə mən səfir idim. O yazıda peyğəmbərlə yanaşı, Xatəmi də təhqir edilmişdi. Şəxsən, özüm cənab prezident İlham Əliyevə o qəzeti təqdim etmişdim. Mən bildirmişdim ki, İran İslam Respublikasının Azərbaycandakı təmasilçisi olaraq istəmirəm bu yazıya görə problemlər yaransın. İlham Əliyev də bu məsələylə bağlı lazımı göstərişlərini verdi. Sonra yavaş-yavaş proseslər getdi, məhkəmə oldu. Məhkəmədə qərar verildi ki, Rafiq həbs olsun. Səkkiz ay sonra əfv olundu və çıxdı. O zaman mən artıq səfir deyildim. Bəli, rəhmətlik Ayətullah Fazil Lənkərani belə bir fətva vermişdi. Bu hadisə olanda onun oğlu bildirdi ki, İslamın əlehinə olan bir insanın ölümünə sevinir. Ancaq mən sizi inandırım ki, bu hadisəyə İranda yalnız Ayətullah Fazil Lənkəraninin oğlu sevindi. Hətta İranda tanınmış bir neçə alim yazdı ki, “bu nə sözlərdi deyirsən? İslam ölüm deyil, yaşam dinidir, azadlıq dinidir”. Bu hadisənin o fətva nəticəsində olub-olmadığını heç kim bilmir. Bəlkə də başqa səbəblər var. Sübhəli məsələlər var. O fətva 2006-cı ildə verilib. İcra olunsaydı bu günə kimi olunardı. Artıq fətvanın üzərindən dörd il keçmişdi. Ölümündən bir neçə gün öncə ANS də müsahibə aldı. Bəs birdən nə baş verdi? Çox şübhəli məqamlar var. Müəyyən təhlilər var və təhlilər də bundan ibarətdi ki, İsrailin massonları bu fətvadan istifadə edib aranı qarışdırırlar. Biz isə istəyirik ki, Azərbaycanın rəsmi orqanları araşdırmalar aparsın. Onu kimin bıçaqladığını müəyyənləşdirsin. O biçaqlandıqda ölməyib ki, sonrada xəstəxanda ölüb. Bunların hamısı araşdırılmalıdır. Salman Rüşdi ondan daha kəskin kitablar yazıb. Amma yaşayır. Məncə bu kimi fikirlər İslamı daha da gücləndirir. Bir sözlə, belə demək olar ki, Rafiq Tağı da İslama xidmət edib.
Məsələn, hicaba qadağa qoyulması Azərbaycanın əlehinədir. Demokratiya tələb edir ki, insanlar azad və qadağasız yaşasınlar. Türkiyə bu mərhələdən keçib. Ədalət və İnkişaf Pariyasına qədər hicab qanunla qadağan olunmuşdu, lakin indi onlar bildirirlər ki, hicabı qadağan etmək demokratik hərəket deyil. Əksinə bir haldır.
İranda bu prosesləri keçib. Rza şahın hakimiyyəti dövründə hicabın əlehinə çıxırdılar. Qadınlar da bu səbəbdən evdən çölə çıxmırdı. Gördülər ki, belə olmaz, qərar verildi ki, kim istəyir hicab bağlasın, kim istəyir bağlamasın. İnqilabdan öncə, mən bunu gözlərimlə görmüşəm, hicabsız bir qadın da görmək mümkün deyildi. Mənim anam, bacılarım, Ərdəbildə bütün qadınlar hicabla gəzirdi. O zaman İranda azad cəmiyyət var idi. Ancaq Tehranda, bir neçə böyük vilayətlərdə açıq saçıq geyimli qadınları görmək mümkün idi.
İndiki isə hicab hicab deyil. İranda mən gördüyüm hicabdan əsər-əlamət qalmayıb. İnqilabdan sonrakı nəslin taxdığı artıq hicab deyil. Ərdəbilə gedirəm, qadınların saçlarının yarısı görünür. Əvvəllər ərə getməmişdən öncə 17-18 yaşlı qızı makiyajlı görmək mümkün deyildi. Amma indi qızlar evlənməmiş makiyaj edirlər. Makiyajın olunmamasına, hicabın taxılmasına qadağa yox idi. Lakin proseslər güclü gedirdi.
Azərbaycan yeni yaranmış dövlətdir. Tarixi qoyuram bir kənara, əlbəttə Rəsulzadə tərəfindən 1918-ci ildə dövlət yaradılmışdı. Mən müstəqillik əldə olunandan sonrakı dövrü nəzərdə tuturam. Azərbaycan nəticə çıxarmalıdır. Qoy hicabı kim istəyir taxsın. Qadağalar qoyulmamlıdır.


- Son 2 gündə İranla Azərbaycan arasında sayt davası başlayıb. Haker hüculmarı olub. Bəzilər bunu “virtula müharibə” elan edib. Bu haqda nə deyə bilərsiz?
- Bu məsələdə də sübhəli məqamlar var. Rəsmi olaraq heç kim demir ki, bunu mən etmişəm. Nə İran tərəfindən, nə Azərbaycan tərəfindən rəsmi olaraq deyilməyib. Ona görə belə hay-küy salmaq düzgün deyil. Bəlkə də başqaları edib İranın boynuna qoyur. Araşdırmalar aparılmalıdır. Bu məsələni iki ölkənin diplomatiyası həll etməlidir. Yoxsa o qəzet yazır, bu sayt yazır. Vəziyyətdə gərginləşir. Araşdırmalar aparılmalı, faktlar ortaya qoyulmalıdır. Əgər doğurdan da bu işi İran edibsə və Azərbaycan davam etdirirsə vəziyyət getdikcə pisləşə bilər.


- Siz indi nə ilə məşğulsuz?
- Tədqiqatla məşğulam.


- Vəzifə verilmir?
- Mən təqaüdə çıxmışam.Vəzifə istəmirəm ona görə ki, nifrin olunmaği sevmirəm. Məni tanıyan özəl qurumlardan mənə təkliflər gəlir. Ancaq mən artıq bir yerdə otura bilmirəm, bir təşkilatın məsuliyyətini üzərimə götürə bilmirəm.


- Yəni narazı deyilsiz həyatdan?
- Heç kim həyatdan razı deyil. Bu mütləqdir.


Geri qayıt