Əsas Səhifə > Partiya > İCTİMAİ PALATA AXCP-Nİ MÜDAFİƏ ETDİ

İCTİMAİ PALATA AXCP-Nİ MÜDAFİƏ ETDİ


18-01-2012, 14:55
İCTİMAİ PALATA AXCP-Nİ MÜDAFİƏ ETDİ

QURUM CBHƏÇİLƏRƏ BASQILARI PİSLƏYİR

İctimai Palatanın Koordinasiya Şurası AXCP üzvlərinə qarşı basqılara etiraz edir. Qurumdan daxil olan press-relizdə bildirilir ki, dinc, demokratik mübarizə xətti seçən AXCP-nin üzvləri - AXCP sədrinin müavini Asəf Quliyev, AXCP Nizami rayon Qadınlar Şöbəsinin sədri Kəmalə Xəlilova , AXCP Gənclər şöbəsinin fəali, partiya ali məclisinin üzvü Elçin Həsənova ötən həftə hakim orqanlar tərəfindən təhdid olunub; onlara siyasi fəaliyyətlərindən əl çəkməyəcəyi təqdirdə ciddi formada cəzalanacaqları ilə hədələniblər.

Bəyanatda bildirilir: "AXCP üzvlərinin Sabirabad və Sumqayıtda zal şəraitində keçirdikləri tədbir də polis müdaxiləsinə məruz qalıb, iştirakçılardan bəzisi polis tərəfindən saxlanılıb, bəziləri fiziki zorakılıqla üzləşib.

Hakimiyyətin öz rəqibləriniə təzyiq vasitəsi kimi hüquq-mühafizə orqanları istifadə etməsini İP KŞ təəssüflə vurğulayır və bu halı kobud qanun pozuntusu kimi qeyd edir.

İP KŞ baş verənləri özbaşınalıq, siyasi rəqiblərə qarşı etikadan kənar münasibət, vətəndaşların və siyasi partiyaların Konstitusiyada əks olunan fundamental hüquqlarına hörmətlizlik kimi dəyərləndirir".

İP KŞ Azərbaycan hakimiyyətinə zokakılıq siyasətindən əl çəkməyə, plüralizm mühitinin formalaşması üçün üzərinə götürdüyü öhdəliklərə və ləyaqətli rəqabət qaydalarına əməl etməyə səsləyir.


Geri qayıt