Əsas Səhifə > Ölkə > POLİS DƏ “TAKSİ BÖHRANI”NDAN PUL ÇIXARIR

POLİS DƏ “TAKSİ BÖHRANI”NDAN PUL ÇIXARIR


18-01-2012, 13:41
POLİS DƏ “TAKSİ BÖHRANI”NDAN PUL ÇIXARIR

SÜRÜCÜLƏRƏ "ŞƏKLİN QƏZETDƏ ÇIXIB" ŞANTAJI

Taksi sürücülərinin bir neçə gündən bəri davam edən aksiyasında iştirak edən və jurnalistlərin fotoobyektivlərinə düşən şikayətçilər daha bir problemlə üzləşiblər. Polislər şəkilləri qəzetdə çıxan sürücülər polis bölməsinə dəvət edir və onlarda rüşvət tələb edirlər.

Bu barədə musavat.com-a məlumat verən sürücülərdən biri deyib ki, bu işdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsi xüsusilə fəaldır. Bölmənin cinayət-axtarış çöbəsinin Cavanşir adlı rəisi Dərnəgüldə yaşayan və şəkli qəzetlərdə çıxan sürücülərə hədə-qorxu gələrək pul tələb edir.


Geri qayıt