Əsas Səhifə > Güney Press > TÜRKEL KƏRİMLİNİN İŞİNDƏN ŞİKAYƏT VERİLDİ

TÜRKEL KƏRİMLİNİN İŞİNDƏN ŞİKAYƏT VERİLDİ


27-09-2013, 12:18
TÜRKEL KƏRİMLİNİN İŞİNDƏN ŞİKAYƏT VERİLDİ
Məhkəmənin AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli barəsində çıxardığı qərardan apellyasiya şikayəti verilib. Bu barədə Avropa.info-ya açıqlamasında T. Kərimlinin vəkili Fəxrəddin Mehdiyev bildirib. Onun sözlərinə görə, sənədlər məhkəməyə təqdim edilmək üçün hazırlanıb və hazırda Bakı Apellyasiya Məhkəməsində və ərizəni təqdim edirlər. Vəkil bildiridi ki, prosedur qaydaya uyğun olaraq şikayətə 3 gün müddətində baxılmalıdır. "Apellyasiya şikayətinə baxılacaq günü dəqiqləşdirmək məqsədi ilə mən sabah yenidən Apellyasiya məhkəməsində olcağam və işə baxacaq hakimlə görüşəcəyəm." Vəkil bildiridi ki, sənədlər məhkəməyə dünən verilməli idi. T. Kərimlinin sənədləri hazır olsa da, digər iki şəxsin sənədi hazır olmadığından sənədlərin təqdim edilməsi bu günə qalıb. Vəkil əlavə etdi ki, prosedura uyğun olaraq növbəti həftənin ilk günlərində Bakı Apellyasiya Məhkəməsi T. Kərimli və onunla birlikdə saxlanılan Ülvi Nuriyev və Coşqun Salahovun işinə şikayətinə baxmalıdır. Xatırladaq ki, sentyabrın 23-də Nəsimi rayon məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində sentyabrın 22-də saxlanılan AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və onun 2 tələbə yoldaşı Ülvi Nuriyev və Coşqun Salahovun məhkəmə prosesi keşirilib və məhkəmə hər üç şəxsi İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə itiham edərək T. Kərimli və Ü.Nuriyev barəsinbdə 25 sutka, C. Salahov barəsində isə 30 sutka inzibati cəza növü seçib.

Geri qayıt