Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISININ YARIM MİLYONLUQ VİLLASI

İCRA BAŞÇISININ YARIM MİLYONLUQ VİLLASI


27-09-2013, 10:57
İCRA BAŞÇISININ YARIM MİLYONLUQ VİLLASI
MAAŞLARI BANKLARDA BİR AY YUBATSAN, FAİZİ KƏLLƏ-ÇARXA QALXAR...

DİA.AZ: - Qazaxda ilginc olaylar baş verir. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlardan məlumat verilib. Mötəbər mənbənin bildirdiyinə görə, rayonun icra başçısı Ayaz Əsgərov yerli maliyyə şöbəsinin müdiri ilə birgə büdcə təşkilatında çalışanların hesabına böyük bir maxinasiyaya imza atıb.

Mənbəmizin söylədikləri: «Təxminən bir aydan artıqdır ki, büdcə təşkilatında çalışanların böyük əksəriyyəti pullarını ala bilmirlər. Söhbət yerli maliyyə şöbəsinin vasitəsilə köçürülən maaşlardan gedir. Bundan əlavə rayondakı uşaq bağçalarına ayrılan vəsait də ortadan qeyb olub».

Mənbəmiz bildirir ki, əslində burada qeyri-adi heç nə yoxdur: «Bir neçə rayonda anoloji hadisə baş verib. Səbəbsə icra başçısının büdcə təşkilatlarına ayrılan pulları bir neçə ay banklarda dövriyyəyə buraxması ilə əlaqələndirilir. Bunun hesabına çox ciddi qazanc əldə olunur. Təsəvvür edin birdən-birə çox ciddi vəsait iki ay hansısa bankda hətta ölü pul şəklində saxlanılır. Bundan ciddi gəlir götürülür».

Mənbəmiz onu da bildirdi ki, pulları gecikənlərə rəhbərlik tərəfindən oxşar bəhanələr gətirilir və bildirilir ki, səbəb maliyyə nazirliyinin vəsaiti köçürməməsi ilə əlaqələridir.

DİA.AZ-a rayondan verilən məlumatlardan aydın olur ki, icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bu günlərdə özünə qardaş Türkiyənin İstanbul şəhərində boğaz mənzərəli bə qiyməti təxminən 240 min manata, yarım milyon Türkiyə lirəsinə olan villa alıb. Hər halda elə bu alış-verişdən aydın olur ki, Ayaz Əsgərov qazandığı, mənimsədiyi pulları pis işlərə xərcləməyib. Ev almaq, ev tikmək yaxşı əməl hesab olunur axı… Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt