Əsas Səhifə > Sosial, Manşet > ASTARADA “QUBA ÜSYANI” PLANI İŞƏ DÜŞƏ BİLƏR

ASTARADA “QUBA ÜSYANI” PLANI İŞƏ DÜŞƏ BİLƏR


27-09-2013, 10:32
ASTARADA “QUBA ÜSYANI” PLANI İŞƏ DÜŞƏ BİLƏR
SAKİNLƏR QƏZƏNFƏR AĞAYEVİN YERİNƏ ÖZ NAMİZƏDLƏRİNİ HAZIRLAYIBLAR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Astara rayonunda kəndlərə çəkilmiş və dəyəri 3,6 milyon manat olan yolların aqibəti araşdırılır. Belə ki, dövlət büdcəsindən ayrılan pullarla inşa edilmiş yeni yolların hamısı sıradan çıxıb. Hətta bəzi kəndlərə çəkilmiş asfalt yollar tamamilə yararsız hala düşüb. Məsələ ilə bağlı rəsmi qurumlara müraciət edən rayon sakinləri isə mövcud durumdan şikayətçi düşüblər. Onların şikayətini nəzərə alan maliyyə qurumları da Astara rayonunda araşdırmalara başlayıblar.

Məlumatlarda deyilir ki, Maliyyə Nazirliyinin bir qrup nümayəndəsi dünən Astaraya təşrif buyuraraq, yerdə vəziyyətlə tanış olub. Kəndələrə çəkilmiş yolların dağılmasına şahid olduqdan sonra xərclərin necə və hansı şəkildə aparılmasını müəyyənləşdirməyə qərar veriblər. İcra başçısı Qəzənfər Ağayev bərk narahatçılıq keçirir və gələn yoxlamanı yola salmaq üçün rayondakı idarə müdirlərinə tapşırıq verib ki, pul yığsınlar.

Onların qorxuya düşməsinin səbəbi isə bu pulların yeyintiyə məruz qalması və onların da bu prosesdə əllərinin olmasıdır. Eyni zamanda, yolun çəkilişini həyata keçirmiş Yol İstismar İdarəsinin müdiri də bu ərəfədə yoxa çıxıb. Adətən rayonun mərkəzində hər gün görünən idarə müdirinin hətta Astaradan qaçdığına dair iddialar var.

Bəzi bilgilərə görə, bu yoxlamalar yekunda kimlərinsə həbsinə belə gətirib çıxara bilər. Üstəlik, bu sırada rayonun məsul şəxslərinin də ola biləcəyi istisna deyil.

DİA.AZ-a bu barədə Astaradan daxil olan son məlumatlardan aydın olur ki, rayonda dövlət vəsaitinin xərclənməsi ilə bağlı aparılan təftişin durdurulması üçün Qəzənfər Ağayev Bakıdakı himayədarlarından da dəstək istəyib. Lakin ona rədd cavabı verilib.

Bu barədə danışan qaynaq iddia edir ki, elə buna görə də yoxlama aparan qrupdan öz maraqlarına uyğun rəyi ala bilməsi üçün Qəzənfər Ağayev onları «el adəti» ilə yola salmağı planlaşdırıb:

«Bunun bəlasını isə yerli idarə müdirləri və iş adamları çəkməkdədir. Artıq Qəzənfər Ağayev hər kəsə 5-10 min manat arası pulun gətirilməsi barədə başçının adından təlimat verilib. Hərəyə vəzifəsinə, biznesinə uyğun olaraq bir qiymət deyilib. Ümumi olaraq 300 min manatın toplanması planlaşdırılır».

Mənbə iddia edir ki, Qəzənfər Ağayev əgər bu yoxlamadan «üzüağ» çıxa bilməsə, onun seçkilərdən sonra postu ilə vidalaşacağı qaçılmazdır: «Onsuz da Astara sakinləri bu gün Qəzənfər Ağayevin fəaliyyətindən narazılıq edirlər. Rayon sakinləri Qubadakı olayları təkrarlamaq istəməsələr də, başçının əvəzinə öz namizədlərinin olduğunu da dəfələrlə səsləndiriblər».

Məlumatlara görə, Astara camaatı hazırda Rusiyada yaşayan və illər ərzində Astarada böyük quruculuq işləri görmüş tanınmış iş adamlarından birinin rayona icra başçısı gətirilməsini tələb edir.

Geri qayıt