Əsas Səhifə > Gündəm, Manşet > ŞABRAN İCRA HAKİMİYYƏTİNDƏ ŞOK VƏHŞİLİK

ŞABRAN İCRA HAKİMİYYƏTİNDƏ ŞOK VƏHŞİLİK


27-09-2013, 09:01
ŞABRAN İCRA HAKİMİYYƏTİNDƏ ŞOK VƏHŞİLİK
İCRA HAKİMİYYƏTİNƏ PƏNAH GƏTİRƏN BİRİNCİ QRUP ƏLİLİ NƏDƏN DÖYDÜLƏR

DİA.AZ: - Şabran rayonunda görünməmiş vəhşilik baş verib. DİA.AZ-a rayondan ötürülən məlumatlardan aydın olur ki, Şabran şəhər icra hakimiyyətinə kömək istəmək üçün pənah gətirən məcburi köçkün, birinci qrup əlil Quliyev Qabil icra hakimiyyətində təzyiqlərə məruz qalıb.

Redaksiyamıza müraciət edən sakinlər bildirir ki, əsayla zorla yeriyən Qabil Quliyevə qarşı güc tətbiq edilib, təhqir olunub ki, bununla da gərginlik yaranıb: «Hadisə yerinə çağrılan polis də təbii ki, icra hakimiyyəti işçilərinin tərəfini tutub. Quliyevə qarşı təkrar zor tətbiq olunub. Polislər birinci qrup əlili döyərək, bədəninə xəsarət yetiriblər».

Çıxılmaz vəziyyətdə olan Quliyevin «102» xidmətinə zəng etmə təşəbbüsləri də alınmayıb. Sakinlər bildirir ki, onun telefonu icra hakimiyyətinin qoçuları tərəfindən əlindən alınaraq, sındırılıb.

Maraqlıdır ki, əlilin döyülməsi faktı rəsmiləşib. Belə ki, tibbi yardım üçün müraciət etdiyi Kliniki Tibbi Mərkəzdə Qabil Quliyevə döyülməsini və xəsarətlərini təsdiqləyən müvafiq arayış verilib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

ŞABRAN İCRA HAKİMİYYƏTİNDƏ ŞOK VƏHŞİLİK
ŞABRAN İCRA HAKİMİYYƏTİNDƏ ŞOK VƏHŞİLİK



Geri qayıt