Əsas Səhifə > Şou-biznes > "NATİQ NOVRUZOV KLİPİMİ PİS GÜNƏ QOYUB"

"NATİQ NOVRUZOV KLİPİMİ PİS GÜNƏ QOYUB"


27-09-2013, 08:41
"NATİQ NOVRUZOV KLİPİMİ PİS GÜNƏ QOYUB"
Müğənni Həmid Sultan “Dönəcəksən” adlı mahnıya klip çəkdirsə də, rejissor Natıq Novruzovun işindən son dərəcə narazı qalıb. “Natiq Novruzov klipimi pis günə qoyub! “Dönəcəksən” adlı klipi mənə göstərəndə şoka düşdüm. Ondan heç belə zəif iş gözləmirdim.

O, mənə çox böyük maddi və mənəvi ziyan vurdu. Həm əsəblərim pozuldu, həm də klipimin təqdimat mərasimi təxirə salındı. İndi N.Novruzov klipi yenidən montaj edir. Ümid edirəm heç olmasa bu dəfə səviyyəli iş gətirəcək ərsəyə”, - deyə Oxumeni.az-a açıqlama verən Həmid Sultan yaradıcılığında yenilik edəcəyini də vurğuladı.

Geri qayıt