Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: AZƏRBAYCANLI MODELİ QARƏT ELƏDİLƏR

ŞOK: AZƏRBAYCANLI MODELİ QARƏT ELƏDİLƏR


26-09-2013, 17:19
ŞOK: AZƏRBAYCANLI MODELİ QARƏT ELƏDİLƏR
DİA.AZ: - Türkiyədə yaşayıb-yaradan azərbaycanlı model Günay Musayeva bir az öncə Facebook sosial şəbəkəsindəki səhifəsində qarət edildiyi barədə şərh yazıb

DİA.AZ həmin statusu təqdim edir: “Bu gün yenə oğurluq şoku ilə yuxudan oyandıq. Evimə girənlər seyfdən şəxsiyyət vəsiqələrimdən tutmuş zinət əşyalarıma kimi götürüblər. Pullarımızı da oğurlamaları yetməyibmiş kimi mətbəxdən kompyuterimi və Tolqanın (həyat yoldaçı – red.) da avtomobilinin açarlarını götürüblər. Beləcə, əllərini-qollarını sallaya-sallaya maşınımıza minib gediblər. Biz də yan otaqda yatmışıq.

Bu necə rahatlıqdır belə? Və polislər əllərində videogörüntü olmasına baxmayaraq, hələ də adamları tapa bilməyiblər. Hadisədən on saat keçib”.

Geri qayıt