Əsas Səhifə > Hadisə > GDU-NUN SABİQ MÜƏLLİMİ UNİVERSİTETİ MƏHKƏMƏYƏ VERDİ

GDU-NUN SABİQ MÜƏLLİMİ UNİVERSİTETİ MƏHKƏMƏYƏ VERDİ


18-01-2012, 12:14
GDU-NUN SABİQ MÜƏLLİMİ UNİVERSİTETİ MƏHKƏMƏYƏ VERDİ

FİKRƏT HACIYEVDƏN KORRUPSİYA İTTİHAMI

Məhbus fəal Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev “Media forum” saytına açıqlama verib. O qeyd edib ki, əmisi oğlu Fikrət Hacıyev Gəncə Dövlət Universitetində rüşvətə qarşı mübarizə apardığına görə işdən qanunsuz çıxarılıb və məhkəməyə müraciət edib: “Onun iddiasına Gəncənin Nizami Rayon Məhkəməsində baxılacaq. Proses yanvarın 23-nə təyin olunub”.

Vüqar Hacıyev deyib ki, əmisi oğlu Moskva Kibernetika İnstitutunun məzunudur, 22 il bir ali təhsil müəssisəsində vicdanla çalışıb: “Məhkəmə ədalətsiz qərar çıxarsa, Fikrət Hacıyev aclıq aksiyasına başlayacaq”.

ABŞ-ın Harvard Universitetinin məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Penitensiar Xidmətin Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.


Geri qayıt