Əsas Səhifə > Siyasət, Manşet > CAVİD QURBANOV İSTEFAYA GÖNDƏRİLƏ BİLƏR
CAVİD QURBANOV İSTEFAYA GÖNDƏRİLƏ BİLƏR26-09-2013, 12:15 |
ASC PREZİDENTİNİN MÜDAFİƏ QALASI KİFAYƏT QƏDƏR KÖVRƏK HƏDDƏ ÇATIB DİA.AZ: - Son iki gündə portalımız tərəfindən «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olmaqdadır. Qeyd edək ki, ASC prezidentinin adı həm məmurlarla bağlı dosyaların mətbuata ötürülməsində hallandırılır, həm də bir sıra şübhəli dairələrin maliyyələşdirilməsində. Xatırladaq ki, buna qədər Cavid Qurbanova qarşı dövlət əleyhinə fəaliyyət ittihamı da mətbuatda yer almışdı. ASC prezidentinin İranla mübhəm əlaqələrini əks etdirən faktlar da təsdiqləyirdi ki, Cavid Qurbanov fars-molla rejiminin xüsusi xidmət orqanlarının Azərbaycanda iqtisadi şəbəkəsi ilə sıcaq əlaqələrə malikdir. DİA.AZ-a bütün bunlarla bağlı reaksiya verən hökumət içindəki bir başqa qaynaq isə iddia edir ki, yaxın günlərdə Cavid Qurbanov vəzifəsindən alınacaq: «Onu hər dəfəsində nəqliyyat naziri Ziya Məmmədov qoruyub. İndi isə nazir də adamının ona belə xəyanət etməsindən əmindir. Eyni zamanda Cavid Qurbanov artıq kimsənin onu müdafiə edə bilməsi mümkün olan bütün sərhədləri aşıb. Yəni onun müdafiə olunması da imkansızdır». Məlumatı verən qaynaq iddia edir ki, Cavid Qurbanov məhz İranla şübhəli əlaqələrinin güdazına gedir. Hətta onun qaranlıq iqtisadi fəaliyyəti belə araşdırmaya götürülür. Qeyd edək ki, mətbuatda Caviq Qurbanovun dostu kimi xarakterizə olunan Pərviz Həşimli də məhz MTN tərəfindən İrandan silah gətirmədə ittiham olunur. Mövzu diqqətimizdədir. Cavid Qurbanovun da mövqeyini öyrənmək istəsək də, ona aid olan telefon nömrələrinin bağlı olması bunu imkansız etdi. Geri qayıt |