Əsas Səhifə > Gündəm, Manşet > İQTİDAR DAXİLİNDƏ İNQİLABA KİM BAŞÇILIQ EDİR?
İQTİDAR DAXİLİNDƏ İNQİLABA KİM BAŞÇILIQ EDİR?26-09-2013, 11:53 |
CAVİD QURBANOV, ELDAR HƏSƏNOV VƏ DİGƏRLƏRİ BÖYÜK PLANA TƏDARÜK GÖRÜR DİA.AZ: - Builki prezident seçkiləri hakimiyyət üçün rəsmən sınaq oldu. Ən azından rəsmi Bakının seçkilərə qədər yaşadıqlarını nəzərə aldıqda belə demək olar. Burada ən maraqlı olanı isə kənar güclərin Putinin Bakı səfərindən sonra hamısının bir siqnal alıbmış kimi geri çəkilmələridir. Artıq iş daxili güclərin mübarizə müstəvisində həll olunur. «Həll olunur» da dedikdə, burada məsələ tam çılpaqlığı ilə aydındır. Yəni əgər söhbət Milli Şura və YAP arasındakı rəqabətdən gedirsə… Maraqlı olanı həm də odur ki, hələ də iqtidar daxilində hazırki hakimiyyətə opponentlik edəcək, Milli Şuradan da böyük təhlükə kimi dəyərləndirilən yetərincə qüvvələr mövcuddur. Bu isə «hakimiyyət dəyişəcəksə, daxildən başlanan olayların fonunda dəyişəcək» qənaətini daha da möhkəmləndirmiş olur. DİA.AZ-a hökumət içindəki mənbələrdən ötürülən informasiyalardan aydın olur ki, artıq bunun ilkin simptomları da görünməkdədir. Hər halda, kimsə iddia edə bilməz ki, bu gün Çar Rusiyasının qızılları ilə tutulan Akif Muradverdiyevin prezident İlham Əliyevə ünvanladığı dəstək məktubu təsadüfidir. Və kimsə Cavid Qurbanov, Eldar Həsənov kimi hakimiyyətdaxili müxaliflərin də mövcudluğunu inkar edə bilməz. Məlumatlı mənbə iddia edir ki, seçkilər ərəfəsində sözügedən çevrələr məhz mətbuatın əli ilə hadisələrin inkişaf axarını dəyişməyi planlayırlar: «Bu gün qalaq-qalaq kompramat xarakterli dosyalar hazırlanıb. Seçkilərə bəlkə də bir həftə qalmış həmin dosyalar mətbuatın əlində olacaq. Bu sənədlər hətta on belə hakimiyyətin dəyişdirilməsi üçün yetərli olan rezonansı yaradacaq gücdədir». Mənbə bildirir ki, hələlik «yuxarılar» bu prosesdən bilgili olduğundan müəyyən manevrlər edilir: «Cavid Qurbanova qarşı son hərəkətlənməni təsadüfi adlandırmaq olmaz. İzləyin və proseslərin hansı yönə doğru kurs götürəcəyinə diqqət edin»… Geri qayıt |