Əsas Səhifə > Cəmiyyət > “ŞƏRURLU İSFƏNDİYARA ÖLÜM”

“ŞƏRURLU İSFƏNDİYARA ÖLÜM”


18-01-2012, 12:09
“ŞƏRURLU İSFƏNDİYARA ÖLÜM”

ALDADILAN İSTEHLAKÇILAR YENİDƏN AKSİYA KEÇİRDİLƏR

"GEN" və "Kamran" MMC şirkətləri tərəfindən aldadılan istehlakçılar bu gün saat 11 radələrində Prezident Sarayının qarşısına toplaşıblar.

Bu barədə məlumat verən reportyorumuz Emil Salamoğlunun sözlərinə görə, şikaytəçilərin sayı 100 nəfərə yaxındır: "Onlar hazır transparantlarla gəliblər və "Korrupsiyaya son!", "Evlərimizi qaytarın!", "Şərurlu İsfəndiyara ölüm!" kimi şüarlar səsləndirirlər. Polis aksiya iştirakçılarını qovub dağıtmasa da, əllərindəki transparantları aldı və onlara qəti şəkildə bildirdilər ki. Bakı Şəhər İcra Hakimiyyətinə gedərək şikayətlərini orada bildirsinlər".

Qeyd edək ki, bir neçə ildir, tikinti şirkətləri tərəfindən aldadılan insanlar öz haqlarını tələb edir, ya mənzillərini, ya da şirkətlərə pdədiklər pulların geri verilməsini istəyirlər, ancaq hələ də bir nəticəyə nail ola bilməyiblər (musavat).


Geri qayıt